DÜNYA
1 dəqiqə oxuma
V. Zelenski Permdəki neft emalı zavodunun vurulduğunu açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ordusunun Rusiyanın Perm vilayətindəki neft emalı zavoduna və Volqoqrad vilayətindəki "Marinovka" hərbi aerodromuna zərbələr endirdiyini açıqlayıb
V. Zelenski Permdəki neft emalı zavodunun vurulduğunu açıqlayıb
V. Zelenski Permdəki neft emalı zavodunun vurulduğunu açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ordusunun Rusiyanın Perm vilayətindəki neft emalı zavoduna və Volqoqrad vilayətindəki "Marinovka" hərbi aerodromuna zərbələr endirdiyini açıqlayıb.

V. Zelenski rəsmi internet səhifəsində etdiyi paylaşımda Rusiyanın daxilindəki strateji hədəflərə hücumların davam etdiyini bildirib. Ukrayna sərhədindən 1600 kilometrdən çox məsafədə yerləşən Perm neft emalı zavodunun hədəf alındığını qeyd edən dövlət başçısı deyib: "Volqoqrad vilayətindəki Marinovka hərbi aerodromuna uzaq mənzilli PUA-larla zərbə endirildi’’.

Ukrayna lideri həmçinin Rusiya ordusunun Krasnodar şəhərindəki bazasının da vurulduğunu qeyd edib.