DÜNYA
2 dəqiqə oxuma
İtaliya Qəzzaya yardım donanmasını qorumaq üçün daha bir gəmisini göndərir
Yunanıstan sularında yavaş-yavaş hərəkət edən "Qlobal Sumud" donanması gecə ərzində orta səviyyədə pilotsuz uçan aparatların fəaliyyətini bildirib
İtaliya Qəzzaya yardım donanmasını qorumaq üçün daha bir gəmisini göndərir
İtaliya öz vətəndaşlarını qorumaq və mümkün yardım əməliyyatlarını dəstəkləmək üçün Fasan fregatını göndərdikdən sonra Madrid Roma ilə birgə hərəkət edir.
25 sentyabr 2025

Yunanıstan sularında yavaş-yavaş hərəkət edən "Qlobal Sumud" donanması gecə ərzində orta səviyyədə pilotsuz uçan aparatların fəaliyyətini bildirib. İsrailin blokadasını yarmaq üçün yola çıxan donanma bu gün (25 sentyabr) beynəlxalq sulara daxil olacaq.

İtaliya Qəzzaya yardım çatdırmağa çalışan və İsrailin pilotsuz təyyarəsinin hücumuna məruz qalan beynəlxalq yardım donanmasına dəstək vermək üçün ikinci dəniz gəmisini göndərib. Bu barədə İtaliyanın müdafiə naziri Guido Krosetto məlumat verib.

"Qlobal Sumud" donanması (GSF) İsrailin Qəzzaya dəniz blokadasını yarmaq üçün nəzərdə tutulmuş təxminən 50 mülki qayıqdan ibarətdir. Bu qayıqlarda olanlar arasında İsveç iqlim fəalı Qreta Tunberq də daxil olmaqla bir neçə hüquqşünas və fəal var.

Krosetto parlamentin aşağı palatasındakı çıxışında "Bir gəmi göndərmişik, digəri isə yoldadır. Biz istənilən vəziyyətə hazırıq" deyib.

İtaliya ilk gəmisini sentyabrın 24-də göndərib. Bir neçə saat əvvəl donanma Yunanıstanın Qavdos adasından 30 dəniz mili (56 km) kənarında beynəlxalq sularda dronların hədəfinə alındıqlarını və səs-küylü qumbara və qaşınma tozundan istifadə edildiyini bildirmişdi. Donanma hücumda İsraili günahlandırır.

İsrail blokadasını yarmaq cəhdləri

İsrail Xarici İşlər Nazirliyi bu ittihama birbaşa cavab verməyib.

İspaniya da yardım karvanını qorumaq üçün hərbi döyüş gəmisi göndərmək qərarına gəlib.

Krosetto fəalları İsrail blokadasını pozmaqda israr etməmələri barədə xəbərdarlıq edib və onları İtaliyanın yardım materiallarının çatdırılması təklifini qəbul etməyə və Qəzzada yerli Katolik Kilsəsi tərəfindən paylanmasına icazə verməyə çağırıb.

Krosetto "Vətəndaşlarımızın başqa ölkələrin ərazi sularına daxil olması halında onların təhlükəsizliyinə zəmanət verə bilmərik" deyib.

"Qlobal Sumud" donanması bu gün səhər verdiyi açıqlamada gəmilərinin Yunanıstanın ərazi sularında aşağı sürətlə işlədiyini, gecə saatlarında “orta səviyyədə dron fəaliyyətinə” məruz qaldığını və “bu gün irəliləyən saatlardaa” beynəlxalq sulara yola düşəcəyini bildirib.

Araşdırma
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi