Siyasət qeyri-müəyyənliyi və artan rəqabət fonunda Avropada elektrikli nəqliyyat vasitələrinin tətbiqi sürətləndiyindən, "Tesla" bazar payını Çinin BYD və Avropanın "Volkswagen" kimi rəqiblərinə daha da itirib.
Məlumatlar göstərir ki, siyasətçilər emissiya qaydalarının yumşaldılmasını təklif etsələr də, dekabr ayında tam elektrikli avtomobil satışları ilk dəfə Avropa İttifaqında benzinli avtomobil satışlarını üstələyib.
Avropa avtomobil lobbisi ACEA tərəfindən açıqlanan məlumatlar göstərir ki, ABŞ-ın batareyalı elektrik markası "Tesla" Çinin BYD və Avropanın ən çox satılan qrupu "Volkswagen" də daxil olmaqla rəqiblərinə bazar payını itirməyə davam edib.
Avropada avtomobil satışları ardıcıl altıncı aydır ki, ildən-ilə artmağa davam edir. Rekordlar (satış göstəricisi) 2025-ci ildə Avropada beş illik ən yüksək səviyyələrə çatıb, lakin hələ də pandemiyadan əvvəlki səviyyələrdən xeyli aşağıdır.
Avropanın avtomobil sektoru; Çindən rəqabət, ABŞ-nin idxal tarifləri və daxili bazarda elektrikli nəqliyyat vasitələrinin tətbiqini mənfəətlə qarşılamaqda çətinlik kimi problemlərlə üzləşir.
Dekabr ayında Aİ daxili yanma mühərrikli avtomobillərə qoyulan faktiki 2035-ci il qadağasından imtina etmək planlarını açıqlayıb. Bu addım çətinlik çəkən avtomobil istehsalçılarının tələblərinə təslim olmaq kimi qəbul edilib. Lakin elektrikli mobillik qrupları CO2 emissiyalarını məhdudlaşdırmaq üçün elektrikli nəqliyyat vasitələrinə sürətli keçidin zəruri olduğunu iddia edirlər.
Analitiklər siyasətin yumşaldılmasına baxmayaraq, elektrikli nəqliyyat vasitələrinin populyarlığının artacağını gözləyirlər.
Rəqəmlərlə
ACEA məlumatlarına görə, Aİ, Britaniya və Avropa Azad Ticarət Assosiasiyasında satışlar dekabr ayında 7,6% artaraq 1,2 milyon avtomobilə, 2025-ci il ərzində isə 2,4% artaraq 13,3 milyona çatıb.
Həmin ayda "Volkswagen" və "Stellantis" avtomobillərinin qeydiyyatı müvafiq olaraq 10,2% və 4,5% artıb, Renault isə 2,2% azalma müşahidə edib.
Tesla avtomobillərinin qeydiyyatı 20,2%, BYD avtomobillərinin qeydiyyatı isə 229,7% artıb.
Aİ-də ümumi avtomobil satışları dekabr ayında 5,8% artaraq təxminən 1 milyon avtomobilə və illik müqayisədə 1,8% artaraq 10,8 milyona çatıb.
Dekabr ayında batareya ilə işləyən elektrikli, elektriklə işləyən hibrid və hibrid elektrikli nəqliyyat vasitələrinin qeydiyyatı müvafiq olaraq 51%, 36,7% və 5,8% artıb; bu nəqliyyat vasitələri ümumilikdə blokun qeydiyyatlarının 67%-ni təşkil edib ki, bu da 2024-cü ilin dekabr ayında 57,8%-dən çoxdur.












