SİYASƏT
3 dəqiqə oxuma
Netanyahu "druzların qorunması"nı bəhanə gətirərək, Suriyanın cənuba girməsinə mane olur
Netanyahu Suriya ordusunun Colan təpələri ilə Cəbəl əl-Druzi arasındakı ərazilərə nəzarət etməsinə mane olan siyasətin təfərrüatlarını paylaşıb
Netanyahu "druzların qorunması"nı bəhanə gətirərək, Suriyanın cənuba girməsinə mane olur
Netanyahu / AP

İsrailin müharibə tərəfdarı Baş naziri Benyamin Netanyahu bildirib ki, onun ifrat sağçı hökuməti Dəməşqin cənubundan Cəbəl əl-Druziyə qədər uzanan ərazinin “demilitarizasiyası” siyasətini qəbul edib.

Netanyahu iyulun 17-də lentdən yayımlanan bəyanatda deyib: "Biz aydın siyasət müəyyən etmişik: Dəməşqin cənubundakı ərazinin - Colan təpələrindən Cəbəl əl-Druziyə qədər demilitarizasiyası. Bu, bizim ilk xəttimizdir".

Suriyanın Suveyda əyalətində yerləşən və 1800 metrdən çox yüksəklikdə onlarla qəsəbə və kəndi əhatə edən Cəbəl əl-Ərəb və ya Cəbəl əl-Haran kimi tanınan dağlıq bölgəyə toxunan Netanyahu "İkinci xəttimiz Cəbəl əl-Druzi bölgəsində druzları qorumaqdır" deyib.

Suriyanın druz azlığının himayədarı olması ilə bağlı yalan iddialarını təkrarlayan Netanyahu bu iki istiqamətli yanaşmanın İsrailin siyasəti olaraq qalacağını bəyan edərək, “Dəməşqin cənubuna hərbi qüvvələrin yerləşdirilməsinə icazə verməyəcəyik və Cəbəl əl-Druzidə druzlara heç bir ziyan vurmayacağıq” deyib.

2023-cü ilin oktyabr ayından fələstinlilərə qarşı soyqırım həyata keçirən İsrail Suriyanın cənubundakı hərbi təcavüzünə, o cümlədən sərhədi boyunca silahsızlaşdırılmış zona yaratmaq cəhdinə haqq qazandırmaq üçün dəfələrlə “druz azlığının müdafiəsi”nə istinad edib.

Suriyadakı aparıcı druz fiqurları ardıcıl olaraq bu iddiaları rədd edərək, xarici müdaxiləni pisləyən və vahid Suriyaya sadiqliklərini təsdiqləyən birgə bəyanatla parçalanma və separatizmi rədd ediblər.

Netanyahu “atəşkəsin güclə tətbiq edildiyini” iddia edib.

Eyni bəyanatda Netanyahu iyulun 16-da İsrail ordusunun Suriya ordusunun Suveydadakı mövqelərinə zərbələr endirdiyini etiraf edərək, Suriyanın Dəməşqdəki Müdafiə Nazirliyinin də birbaşa hədəfə alındığını bildirib.

İyulun 16-da İsrail son ayların ən genişmiqyaslı hücumlarından birinə başlayıb, Suveyda, Dəra, Dəməşq və Suriyanın dörd ətraf vilayətlərində 160-dan çox hədəfə hava zərbələri endirib. Zərbələr paytaxtda Baş Qərargahın qərargahına və prezident sarayının ətrafına endirilib.

Bu prosesdə İsrail 30-dan çox suriyalını öldürüb, 100-ə yaxınını isə yaralayıb, bir çox ölkənin kəskin qınağına məruz qalıb.

Suriyanın yeni keçid hökumətinin heç bir təhdidi olmamasına baxmayaraq, İsrail son aylar ərzində demək olar ki, hər gün hava hücumları həyata keçirib, dinc əhalini öldürüb, hərbi obyektləri, texnika və sursatları məhv edib.

Netanyahu atəşkəsin əldə edildiyini və Suriya qüvvələrinin Dəməşqə geri çəkildiyini iddia edib. Bu vəziyyətin əhəmiyyətini vurğulayan Netanyahu "Bu atəşkəs tələblər və ya yalvarışlarla deyil, güc yolu ilə əldə edildi" deyib.

Qeyd edək ki, iyulun 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Təl-Əvivin Suriyaya qarşı davam edən təcavüzünü pisləyərək İsraili qanunsuz, itaətsiz, prinsipsiz, ərköyün və öz hərəkətlərinə haqq qazandırmaq üçün regional dinamikadan istifadə edən ehtiyatsız terror dövləti kimi xarakterizə edib. Ərdoğan deyib: "İsrail druzları bəhanə gətirərək, son iki gündə qonşu Suriyaya quldurluğunu genişləndirdi. Bu mərhələdə bölgəmizin üzləşdiyi ən ciddi problem İsrailin təcavüzüdür. Əgər bu canavarın (İsrail) dərhal qarşısı alınmasa, bölgəmizi, sonra da dünyanı alovların içinə atmaqdan imtina etməyəcək".

Ekspertlər deyirlər ki, yeni qurulan Suriya hökumətinin öz hərbi strukturuna nəzarəti tam təmin edə bilməməsi Suveydada İranın Müqavimət Oxuna bağlı bir din xadimindən “İsrailin düşmən olmadığını” bəyan edən fiqura çevrilən ikiüzlü druz sərkərdəsi Hikmət əl-Hicrinin əlini gücləndirib.

Xatırladaq ki, İsrail 1967-ci ildən Suriyanın Colan təpələrinin böyük hissəsini işğal edib.2024-cü ilin sonunda Bəşər Əsəd rejiminin süqutundan sonra İsrail Colan təpələrinin işğalını genişləndirib və Suriyanın silahsızlaşdırılmış zonasına nəzarəti ələ keçirib.

Araşdırma
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''