Kiyevin rəsmi məlumatına görə, Ukrayna pilotsuz uçuş aparatları (PUA) mayın 31-də cəbhə xəttindən yüzlərlə kilometr uzaqlıqda, Rusiyanın cənubunda yerləşən neft anbarına və nasos stansiyasına zərbələr endirib.
Ukrayna ordusundan verilən bəyanatda dronların Sibirdən Rusiyanın qərbinə və Belarusa xam neft daşıyan əsas boru kəmərinin dispetçer stansiyasına, həmçinin Rostov vilayətindəki neft anbarına zərbələr endirdiyi bildirilib.
Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov obyektə zərbə endirildiyini və yanğın baş verdiyini təsdiqləsə də, işçilər arasında itki olmadığını qeyd edib.
Ukrayna tərəfindən mütəmadi olaraq hədəf alınan Rostov vilayətinin Matveyev-Kurqan şəhərində isə yerli hakimiyyət orqanları dron zərbəsi nəticəsində neft anbarında baş verən böyük yanğından sonra fövqəladə vəziyyət elan edib.
Yerli administrasiya rəhbəri Dina Alborova yanğının 3600 kvadratmetr ərazini əhatə etdiyini, hadisə nəticəsində bəzi yaşayış binalarına və mağazalara da ziyan dəydiyini açıqlayıb.











