Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ayasofya-yi Kebir Cami-i Şərifi”nin yenidən ibadətə açılmasının 6-cı ildönümünü təbrik edib.
Bu barədə Prezident R.T.Ərdoğan “NSosial” hesabında paylaşım edərək deyib:
TÖVSİYƏ EDİLƏN
"Ayasofya 86 illik həsrətdən sonra, 6 il əvvəl məhz bu gün yenidən öz əsl hüviyyətinə qovuşdu. Bu müqəddəs məbəd, inşallah, əbədiyyətə qədər səmalarımızı azan səsləri ilə bəzəməyə davam edəcək. Ayasofyanın dirçəlişi mübarək olsun."
MƏNBƏ:TRT



















