Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan iyulun 26-da Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə telefon danışığı keçirib.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir H.Fidan və A.Quterreş BMT Baş katibinin Suriya və Kipr adasına etdiyi səfərlər kontekstində regional inkişafla bağlı məsələləri müzakirə ediblər.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş iyulun 26-da bildirib ki, İsrailin Suriyadakı pozuntularına dair ətraflı hesabat bu ayın sonlarında Təhlükəsizlik Şurasına təqdim olunacaq.
Qeyd edək ki, BMT iyulun 23-də Baş katib Antonio Quterreşin sülh prosesini irəlilətmək məqsədilə Kiprə səfər edəcəyini bəyan etmişdi. Məsələylə bağlı BMT-nin mətbuat katibi Stefan Düjarrik keçirdiyi mətbuat konfransında deyib: "Baş katib xoşməramlı missiyasının bir hissəsi kimi və Kipr məsələsinə olan sadiqliyinin göstəricisi olaraq 27-29 iyul tarixlərində Kiprə səfər edəcək".
A.Quterreşin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman və Cənubi Kipr Administrasiyasının rəhbəri Nikos Xristodulidis ilə görüşəcəyini bildirən S.Düjarrik Baş katibin digər tərəfdaşlarla da bir araya gələcəyini vurğulayıb. O, bu görüşlərdə BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələrinin (UNFICYP) yerindəki fəaliyyəti də daxil olmaqla, sülh prosesini irəlilətmək cəhdlərinin və adadakı sabitliyi dəstəkləyən təşəbbüslərin müzakirə olunacağını ifadə edib.




















