İDMAN
1 dəqiqə oxuma
Çin şirkətləri K.Mbappe ilə əməkdaşlığı dayandırdı
Çinin “Dongpeng”, “Mengniu” və “Milkground” şirkətləri futbol ulduzu Kilian Mbappe ilə müqavilələrini ləğv etdiklərini bəyan ediblər
Çin şirkətləri K.Mbappe ilə əməkdaşlığı dayandırdı
Çin şirkətləri K.Mbappe ilə əməkdaşlığı dayandırdı / AFP Archive

Fransalı futbol ulduzu Kilian Mbappe Çinin qurucu rəhbəri Mao Tsedun haqqında “diktator” deyə bəhs etdiyi iddia olunan ifadələrinə görə ən azı üç Çin şirkəti ilə tərəfdaşlığını itirib.

“Dongpeng” şirkəti, süd məhsulları nəhəngi “Mengniu” və pendir istehsalçısı “Milkground” oktyabrın 27-də oxşar bəyanatlar yayıblar. Şirkətlər K.Mbappe ilə razılaşmalarını ləğv etdiklərini açıqlayıblar. Qurumlar “milli hissiyyata xələl gətirəcək hər növ söz və əmələ” qarşı olduqlarını vurğulayıblar.

Şirkətlər bu qərarı K.Mbappenin müsahibəsinə aid olduğu bildirilən bir videonun “X” sosial şəbəkəsində yayılmasından sonra atılıb. Sözügedən görüntülər futbolçunun Fransa mərkəzli “The Bridge” onlayn söhbət verilişinə qatılmasından qabaq verdiyi müsahibədən götürülüb.

Videoda K.Mbappeyə özü ilə bağlı ən çox bəyəndiyi “internet zarafatının” nə olduğu soruşulur. K.Mbappe bu suala “Kimsə hazırlamışdı, içində bir adam var idi. Deyəsən, bir Çin diktatoru idi”, — deyə cavab verir. Daha sonra videoda K.Mbappenin üzünün mavi kostyum geyinmiş Mao Tsedunun bədəninə yerləşdirildiyi montaj olunmuş foto göstərilir.

“Associated Press” agentliyi fransalı ulduzun nümayəndələri ilə əlaqə saxladığını, lakin cavab ala bilmədiyini bəyan edib.

Sosyal media platforması “RedNote” da tənqidlərə qoşularaq K.Mbappe ilə kontent tərəfdaşlığının başa çatdığını bildirib. Platforma “təbliğat materiallarının silinəcəyini” açıqlayıb.

MƏNBƏ:TRT