ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Ərdoğan:“Əgər biri bu soyqırıma susursa, deməli, İsrailin törətdiyi insanlıq cinayətlərinə şərikdir"
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”nin (IDEF 2025) açılış mərasimində çıxış edib
Ərdoğan:“Əgər biri bu soyqırıma susursa, deməli, İsrailin törətdiyi insanlıq cinayətlərinə şərikdir"
IDEF 2025
22 iyul 2025

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”nin (IDEF 2025) açılış mərasimində çıxış edərək, Qəzza zolağında yaşanan humanitar fəlakətə diqqət çəkib və beynəlxalq ictimaiyyəti bu vəhşiliyə səssiz qalmamağa çağırıb.

Ərdoğan bildirib ki, əgər biri bu soyqırıma susursa, deməli, İsrailin törətdiyi insanlıq cinayətlərinə şərikdir.

İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (IDEF) açılış mərasimində çıxış edən Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsrailin Qəzza xalqına qarşı nasistləri çox geridə qoyan soyqırımını bütün bəşəriyyətin gündəmində saxlamağa davam edəcəyini bildirib.

"Məqsədimiz yaxın zamanda atəşkəs əldə etməkdir. Humanitar yardımın Qəzzaya daxil olmasına icazə vermək başqa bir prioritetdir. Humanitar yardımların daxil olmasına icazə verilmədiyi üçün aclıqdan arıqlamış Qəzzada uşaqların əziyyət çəkməsi bizim narahatlığımızdır”, - deyə dövlət başçısı qeyd edib.

Ərdoğan "Hər gün onlarla günahsız insanın bir tikə çörək və ya bir qurtum su tapa bilmədiyi üçün öldüyü bu qəddarlığı insan ləyaqətinə sığmayan heç kim qəbul edə bilməz. Aclıqdan kütləvi ölümlərin başladığı bu qara günlərdə mən bütün beynəlxalq ictimaiyyəti bəşəriyyət cəbhəsində birləşməyə çağırıram" deyib.

Türkiyənin müdafiə sənayesindəki inkişafı ilə bağlı Ərdoğan ölkənin qlobal güc olmaq üçün “embarqoları, ikili standartları və diplomatik təzyiqləri” aşdığını və hazırda müdafiə sənayesi məhsulları ilə qlobal bazarlara hakim mövqeyə çatdığını bildirib.

Ərdoğan “Müdafiə sənayemizin yerli istehsal nisbəti artıq 80 faizi keçib” deyib.

Qeyd edək ki, IDEF-2025 sərgisi 22–27 iyul tarixlərində İstanbulda keçirilir. Tədbir Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Prezidentliyə bağlı Müdafiə Sənayesi İdarəsinin dəstəyi və Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun rəhbərliyi ilə təşkil olunub. Sərgi dünyanın müxtəlif ölkələrindən dövlət və sənaye nümayəndələrinin iştirakı ilə keçirilir.

Sərgidə zirehli döyüş maşınları, taktiki zirehli texnikalar, pilotsuz quru, hava və dəniz nəqliyyat vasitələri, silah sistemləri, raketlər, uzunmənzilli tank əleyhinə raket sistemləri, piyada silahları, hərbi simulyatorlar, elektron döyüş həlləri, enerji paketləri, partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün avadanlıqlar nümayiş etdirilir.

Böyük iştirakçı kütləsinin diqqət mərkəzində olması gözlənilən sərgi zamanı çoxsaylı imza mərasimləri də keçiriləcək.

Əvvəlki sərgi də 2023-cü ilin iyulunda İstanbulda keçirilib.

Araşdırma
Venesuela müxalifətinin lideri Mariya Korina Maçado 2025-ci il Nobel Sülh Mükafatına layiq görüldü
"Türkiye İnnovation Week" tədbirində süni intellekt və media müzakirə edilib
2025 Nobel tibb mükafatı “periferik immunitet tolerantlığı”nın kəşfinə verildi
5G texnologiyası Türkiyə iqtisadiyyatına 100 milyard dollar qazandıracaq
“YouTube” Trampın hesabının dayandırılması işini həll etmək üçün 24,5 milyon dollar ödəyəcək
Qlobal məhkəmə ekspertlərinin diqqət mərkəzində insan hüquqları və innovasiyalar olub
“Polad günbəz” sistemi TEKNOFEST-də böyük maraq doğurdu
Türkiyənin reaktiv təlim təyyarəsi ''Hürjet'' TEKNOFEST 2025-də böyük maraqla qarşılandı
ÜTT: “Süni intellekt 2040-a qədər qlobal ticarəti 40% artıra bilər”
İstanbul TEKNOFEST festivalına ev sahibliyi edir
Milyonlara təsir edən nasazlıqdan sonra "Google" xidmətləri yenidən onlayn rejimdə işləyir
Türkiyə yeni təyyarədaşıyan gəmisi ilə Fransanı geridə qoyur
Türkiyə İstanbulda təşkil edilən keçid mərasimində "Mavi Vətən" doktrinasını ön plana çıxardı
“OpenAI” Hindistanda nəhəng məlumat mərkəzi qurur
Dənizçiliyə həsr olunmuş TEKNOFEST İstanbulda start verib
NVIDIA insanabənzər robotlar üçün "T5000" çipini təqdim etdi
Türkiyə “Şimşək” adlı yüksək sürətli PUA sistemini uğurla sınaqdan keçirdi
Canlı yayım faciəsi rəqəmsal platformaların məsuliyyətini gündəmə gətirdi
Əminə Ərdoğan da “NEXT Sosial” platformasına qoşuldu
Ərdoğan "NEXT Sosyal" media platformasında ilk paylaşımını etdi