MƏDƏNİYYƏT
1 dəqiqə oxuma
Berlində beynəlxalq kinofestival başlayır
Film Festivalında (Berlinale) 19 filmin “Qızıl ayı” böyük mükafat uğrunda mübarizə aparacağı açıqlanıb.
00:00
Berlində beynəlxalq kinofestival başlayır
75-ci Beynəlxalq Berli Film festivalı / AFP

Fevralın 13-dən 23-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək 75-ci Beynəlxalq Film Festivalında (Berlinale) 19 filmin “Qızıl ayı” böyük mükafat uğrunda mübarizə aparacağı açıqlanıb.

75-ci Berlinalenin proqramı Berlinalenin direktoru Tricia Tuttleın iştirak etdiyi "Haus der Kulturen der Welt zalı"nda keçirilən mətbuat konfransında təqdim edilib.

Fevralın 13-də alman rejissoru Tom Tykverin “İşıq” (Das Licht) filmi ilə açılacaq festivalda 17-si dünya premyerası olmaqla 19 film böyük mükafat “Qızıl ayı” uğrunda mübarizə aparacaq.

Festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə 74 ölkədən ümumilikdə 240 film nümayiş olunacaq.

Festivalda "Qızıl ayı" və "Gümüş ayı" mükafatlarını alacaq filmləri müəyyən edəcək münsiflər heyətinə amerikalı rejissor, ssenarist və prodüser Todd Haynes sədrlik edəcək, digər münsiflər heyəti daha sonra açıqlanacaq.

Builki Berlinale Fəxri Mükafatına layiq görülən şotland aktrisa Tilda Svinton mükafatını fevralın 13-də festivalın açılış qalasında alacaq.

Mükafatlar fevralın 22-də dünya şöhrətli aktyorların iştirakı gözlənilən festivalda qaliblərinə təqdim olunacaq.
Qeyd edək ki, Berlinale Kann və Venesiya festivalları ilə birlikdə dünyanın ən nüfuzlu film festivallarından sayılır. O, 1951-ci ildən keçirilir. Onun əsas mükafatı "Qızıl ayı"dır.

Araşdırma
Burhanettin Duran: ""Türk mətbəxi həftəsi" güclü sivilizasiya irsimizi yaşadır"
Beynəlxalq Şekspir Festivalı ABŞ-də mükafata layiq görüldü
Fotoqraf Saher Alghorra Qəzzadakı fəaliyyətinə görə Pulitzer mükafatına layiq görülüb
Daha bir tarixi əsər Türkiyəyə qaytarıldı
TRT-nin təşkil etdiyi növbəti Humanitar Film Festivalı üçün müraciətlər başlayıb
İspaniyalı sənətçilər müharibələrin dayandırılması və Fələstin üçün azadlıq tələb ediblər
98-ci “Oskar” mükafatı qalibləri müəyyən olub
TRT-nin ''Göy qurşağı faşizmi'' sənədli filmində LGBTQ təbliğatının qlobal təsirləri təhlil edilir
Türkiyənin ən qədim polifonik musiqi qurumu 200 illiyini qeyd edir
Karahantəpə 2025-ci ilin ən mühüm arxeoloji kəşfləri sırasında
''Palestine 36” filmi 98-ci ''Oskar''mərasimində Fələstini təmsil edəcək
Dünya şöhrətli rejissor Rob Reyner və həyat yoldaşı Los-Ancelesdəki evlərində ölü tapılıb
Yaponiyalı alimlər tibb və kimya üzrə Nobel mükafatına layiq görülüblər
Türkiyə Anadoluya aid tarixi əsərlərin ABŞ-dan geri qaytarılmasını alqışlayıb
Fransa dövləti qaçaqmalçılıq yolu ilə aparılan dinozavr skeletini Monqolustana qaytardı
Bir sıra ölkələr İsrailin ''Avroviziya'' mahnı müsabiqəsinə qatılmasına etiraz etdi
TRT İsrailin Avroviziyada iştirakı ilə bağlı mübahisələr fonunda EBU iclasını tərk edib
Türk serialları Ankaranın Banqladeşlə diplomatik əlaqələrini gücləndirməsinə necə töhfə verir?
Türkiyə Atatürkün Selanikdəki evini yenidən istifadəyə verərək qurucusunun irsini şərəfləndirir
Osman Həmdi bəyin portret əsəri  1,5 milyon dollara hərraca çıxarılıb