TÜRKİYƏ
1 dəqiqə oxuma
Ərdoğan: "Türkiyə Hindistan və Pakistan arasındakı gərginliyi azaltmaq üçün əlindən gələni edəcək"
Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın baş naziri Şahbaz Şərif arasında baş tutan telefon danışığında İslamabad və Yeni Dehli arasında yaşanan gərginlik müzakirə olunub
Ərdoğan: "Türkiyə Hindistan və Pakistan arasındakı gərginliyi azaltmaq üçün əlindən gələni edəcək"
Ərdoğan-Şahbaz Şərif / AA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

Ərdoğan bildirib ki, Türkiyə Hindistan və Pakistan arasında gərginliyin daha da artmasının qarşısını almaq üçün “əlindən gələni etməyə hazırdır”.

Prezident Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib, hücumda həlak olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Dövlət başçısı Türkiyənin bu prosesdə Pakistanın təmkinli siyasətini dəstəklədiyini, Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu bildirib.

Ərdoğan Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təşəbbüslərin davam etdiriləcəyini deyib.

Qeyd edək ki, İslamabad aprelin 7-də bildirib ki, Pakistan və Pakistanın idarə etdiyi Kəşmirdə Hindistanın "Sindoor əməliyyatı" zamanı azı 26 mülki şəxs ölüb, 46 nəfər yaralanıb.

Yeni Dehli isə Pakistandakı “terror infrastrukturunu” hədəf aldığını bildirib.

Araşdırma
Hakan Fidan sabah Kanadaya səfər edəcək
A.Bayraktar:"Qlobal böhranlar enerji təhlükəsizliyinin vacibliyini ortaya qoyur"
A.Uraloğlu:''Türkiyəyə məxsus 11 gəmi Hörmüz boğazından təhlükəsiz şəkildə keçib''
Türkiyə TDT üzvləri arasında rəqəmsal iqtisadiyyata dair sazişi ratifikasiya edib
Prezident Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Əli Zeydi arasında telefon danışığı olub
Polşa Prezidenti Türkiyəyə səfər edəcək
M.Şimşək:''Enerji sahəsində keçidi sürətləndirərək iqtisadi gücümüzü artırırıq''
Hakan Fidan Qahirədə görüşlər keçirdi
Ö.Bolat:''İtaliya ilə ticarət dövriyyəmiz təxminən 30 milyard dollar səviyyəsindədir''
Türkiyə və Suriya arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Türkiyə ilə Qırğızıstan arasında şəhərsalma sahəsində əməkdaşlıq sazişi imzalanıb
Sinqapur Baş naziri L.Vonq Türkiyəyə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edib
R.T.Ərdoğan bir sıra ölkələrin Türkiyədəki yeni səfirlərinin etimadnamələrini qəbul edib
Dünya Çempionatı ərəfəsində Los-Ancelesdə "Turkish Vibe Zone" turniri start götürür
Hakan Fidan:"Hörmüz boğazı qlobal təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir''
Konyada NATO-nun hava hücumundan müdafiə sistemi yerləşdiriləcək
Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb
TUSAŞ gənclərin işləmək üçün ən çox üstünlük verdiyi şirkət seçilib
Türkiyənin paytaxtı Ankarada yeni hava limanı istismara verilib