Şərhlər
DÜNYA
4 dəqiqə oxuma
İsrail İranı döyüş meydanına sürüklədi
İsrailin İrana aviazərbələr endirməsindən sonra rəsmi Tehranın Tel-Əvivlə birbaşa münaqişəyə girməyə hazırlaşdığı müşahidә olunur.
İsrail İranı döyüş meydanına sürüklədi
#NEQ89 : İran İsrailə raket atır
19 dekabr 2024

İsrailin İranı regional müharibəyə cəlb etmiş ola bilәr. Oktyabr ayında törədilən hücumlar zamanı, İraq sərhədindəki İlam yaxınlığındakı hava hücumundan müdafiə sistemləri, ballistik raket qurğuları və əvvəllər İranın nüvə hədəfləri ilə əlaqəli olan, lakin 2003-cü ildə boşaldılmış obyektlər hədəf alınıb. İranın rəsmi mənbələri, İsrail raketlərinin müvəffəqiyyətlə qarşısının alındığını açıqlayıb. Bu mesaj, İran xalqının artan narahatlığını sakitləşdirmək məqsədini güdür.

Lakin təhlükə, İran üçün artıq yalnız regional deyil, həm də hərbi, diplomatik və ideoloji əhəmiyyət daşıyır. Bu vəziyyət, İranı ön cəbhədə rol oynamağa mәcbur etdi.

Necə başladı?

İran liderləri, 2023-cü il oktyabrın 7-də "Hamas"ın liderliyi altında İsrailə qarşı başlanan hücumların, İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın müəmmalı ölümlərindən sonra region üçün geniş nəticələrə səbəb olacağını anlamışdılar.

May ayında Azərbaycanda baş verən helikopter qəzası nəticəsində iki yüksək vәzifәli  rəsminin həyatını itirməsi, İrandakı siyasi dairələrdə ciddi spekulyasiyalara səbəb olub. Hökumət qəzanın hava şəraiti ilə bağlı olduğunu iddia etsə də, İranda bir çox yüksək vəzifəli rəsmilər qəzada İsrail hökumətinin əli olduğuna əmindirlər. Bu şübhə böyük rezonans doğurur və İsrailin gizli müdaxiləsinin məqsədinin İranı müharibəyə cəlb etmək olduğu barədə geniş yayılmış inamı gücləndirir.

Lakin İran rəsmiləri bunu ictimaiyyətə açıqlamaqdan çəkinirlər, çünki rəsmi ittihamın İranı cavab verməyə məcbur edəcəyindən ehtiyat edirlər.

İranın rəsmi orqanları ilə aparılan danışıqlarda, rəsmi Tehranın İbrahim Rəisinin ölümündən sonra ölkədə sabitliyi bərqərar etmək və bu hadisənin səbəb olduğu iqtisadi problemləri aradan qaldırmaq üçün növbədənkənar seçkilər keçirməyi nəzərdə tutduğu məlum olub.

İran, İbrahim Rəisinin ölümündən yalnız 40 gün sonra prezident seçkiləri keçirərək iyul ayında Məsud Pezeşkianı vəzifəyə təyin etdi. Ancaq təəccüblüdür ki, bir neçə həftə sonra İsrail, HƏMAS-ın siyasi lideri İsmayıl Həniyəni Tehranın mərkəzində, ölkənin ən təhlükəsiz bölgələrindən birində öldürdü. Bu hadisə, uzun müddət digər regional aktorları dəstəkləyərək birbaşa münaqişədən qaçan İranı, ənənəvi münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur etdi.

İran, İraq müharibəsindən qalma və tarixən rəqibləri olan İsrail və ABŞ-a qarşı tarazlıq yaratmaq məqsədilə İrandan kənarda vəkil hərbi birləşmələri gücləndirməyi hədəfləyən “irəli müdafiə” siyasətindən əl çəkdi və yeni yollar axtarmağa başladı.

İran rəhbərləri ilə yaxın əlaqələri olan mənbələrə görə, İranın dini lideri Əli Xamneyi və onun müşavirləri, İsrailin baş naziri Binyamin Netanyahunun hazırkı münaqişəni birbaşa İran ərazisinə yaymağa çalışacağını əvvəlcədən gözləmirdilər. İran liderləri İsrail hücumlarının Livandakı “Hizbullah” və Suriyadakı hərbi qolları ilə İraqda İranın dəstəklədiyi şiə milisləri kimi vəkil qüvvələrlə məhdudlaşacağını güman edirdi. Heç kim, İran ərazisinə birbaşa hücum ediləcəyini gözləmirdi.

İran, "Hizbullah"a İsraillə birbaşa toqquşmamaq və bunun əvəzinə İsrailin şimal sərhədini hədəf alacaq bir müharibə aparması ilə bağlı göstəriş vermişdi. Lakin bu mövqe, "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın öldürülməsi və Livan və Suriyada peycerlərə edilən hücumlardan sonra dəyişdi.

Vəkil qüvvələr vasitəsilə yalnız dolayı təsirə arxalanmaq, İranın bölgədəki mövqeyini zəiflədə bilərdi və onu regionda zəif aktor kimi göstərə bilərdi.

Döyüş meydanı

İran İsrailə qarşı regional münaqişədə birbaşa rolu üzərinə götürməzdən əvvəl, fəaliyyət planının legitimliyini təsdiqləmək üçün regional və qlobal müttəfiqlərindən diplomatik dəstək almağa çalışdı. Sentyabr ayında isə, Netanyahunun məqsədlərinə zidd olaraq müharibə zonasına daxil olduğunu bəyan etdi.

İran İsrailə yüzlərlə ballistik raket zərbəsi endirdikdən sonra Benyamin Netanyahu hücuma “təsirli” cavab verəcəklərini ifadə edərək İranı hədələdi. Bu çağırışa cavab olaraq İranın mövqeyi dini lideri Əli Xamneyinin rəhbərliyi və parlamentin, eləcə də insan haqları rəsmilərinin dəstəyi ilə sərtləşdi. İranın xarici işlər naziri Abbas Əraqçı, çox aqressiv açıqlamalar verərək, İsraili cəzalandırmaq üçün məsələni BMT Təhlükəsizlik Şurasına daşıyacağını bildirdi. O, həmçinin vurğuladı ki, İran, ölkə hüdudlarından kənarda da öz maraqlarını müdafiə etmə gücünə malikdir.

Oktyabrın 7-dən sonra, İran ilk olaraq “tükənmə siyasətini” müdafiə etdi və “Hizbullah”ı bu strategiyanı qəbul etməyə çağırdı.

Lakin İsrailin İran ərazisinə daxil olması, Tehranı yeni siyasi gündəmlə qarşı-qarşıya qoydu. Beləliklə, İran artıq yalnız regional hədəflərinə nail olmaq üçün passiv qalmaq və ya yalnız müttəfiqlərinə güvənmək riskini qəbul edə bilməzdi. İran, mövcud qeyri-sabitlik şəraitində birbaşa hərəkətə keçməli və vəziyyəti yenidən formalaşdırmaq lazım olduğunu anladı.

İsrailin hücumlarından sonra İran özünü İsrailə birbaşa hərbi rəqib kimi göstərmək və bölgədə ictimai mövqe nümayiş etdirmək qərarına gəldi. Rəsmi Tehran İsrailin regional təhdidinə lazım gələrsə, həm siyasi, həm də hərbi cəhətdən cavab verəcəyi mesajını verdi. Üstəlik, İran liderləri bilirlər ki, birbaşa müharibəyə getməkdə hər hansı bir gecikmə, İranın regional təsirinə ciddi təsir göstərəcək.

İranın birbaşa münaqişəyə cəlb olması, onu təşviq edən Rusiya və Çin tərəfindən dəstəklənir. Strateji addımlarla yanaşı, İran Yaxın Şərq ölkələri ilə diplomatik əlaqələr qurdu və xəbərdarlıq etdi ki, İsrail təcavüzünün qurbanı olaraq, onun şikayətlərinə məhəl qoymamaq gözlənilməz nəticələrə gətirib çıxara bilər.

MƏNBƏ:TRT Azerbaycan
Araşdırma
''Kiyevin bütün rayonları genişmiqyaslı hücuma məruz qaldı''
İordan çayının qərb sahilində qeyri-qanuni israilli köçkünlər məscidi yandırıblar
İsrail Livanın cənub şəhərlərini hava hücumları ilə hədəfə alır
Viktoriya ştatı yerli avstraliyalılara geniş səlahiyyətlər verən tarixi müqavilə imzaladı
Şiә əl-Sudani parlament seçkilərində qələbə qazandıqlarını elan edib
Sergey Lavrov ABŞ-a Ukrayna ilə bağlı çağırış edib
BMT: Liviya sahillərində qayığın batması nəticəsində 42 miqrantın öldüyü ehtimal olunur
BMT Qəzzada atəşkəsin "kövrək" olduğunu və "dəfələrlə pozulduğunu" bildirib
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb