ELM VƏ TEXNOLOGİYA
1 dəqiqə oxuma
Yaponiya süni intellekt istifadəsini kütləviləşdirir
Hökumət əhalinin 80 faizinin AI texnologiyalarından yararlanmasını hədəfləyir
Yaponiya süni intellekt istifadəsini kütləviləşdirir
Yaponiya süni intellekt istifadəsini kütləviləşdirir / Reuters
7 dekabr 2025

Yaponiya hökuməti ölkədə süni intellektin geniş tətbiqini nəzərdə tutan yeni plan hazırlayıb. Sənəddə süni intellekt tədqiqatlarını və yerli texnologiyaların inkişafını dəstəkləmək üçün təxminən 6,4 milyard dollar həcmində investisiya cəlb edilməsi planlaşdırılır.

Hökumət planının ilkin mərhələsində əhalinin 50 faizinin süni intellekti gündəlik həyat və iş proseslərində istifadə etməsi nəzərdə tutulur. Daha sonra bu göstəricinin 80 faizə qədər artırılması hədəflənir.

“Jiji Press” xəbər agentliyinin dekabrın 5-də yaydığı məlumata görə, təqdim edilən layihəyə əsasən, süni intellektdən istifadənin artırılması Yaponiyanın öz süni intellekt texnologiyalarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Plan tədqiqat və inkişaf sahəsində özəl sektordan təxminən 1 trilyon yen (təxminən 6,4 milyard ABŞ dolları) həcmində vəsait cəlb olunmasını nəzərdə tutur.

Hökumət bu proqramın ilin sonuna qədər keçiriləcək Nazirlər Kabineti iclasında təsdiqlənəcəyini planlaşdırır.

Qeyd edək ki, hazırda Yaponiyada süni intellektin tətbiqi göstəricisi xeyli aşağıdır. Belə ki, ABŞ-da süni intellektdən istifadə 68,8 faiz, Çində 81,2 faiz olduğu halda Yaponiyada bu rəqəm cəmi 26,7 faiz təşkil edir.

Layihədə qeyd edilir ki, süni intellekt cəmiyyətin bütün sahələrinə inteqrasiya edilməlidir. Sənəddə bu texnologiyanın ölkənin gələcək inkişafı üçün həm intelektual məlumat bazası, həm də tətbiq platforması rolunu oynayacaq mühüm sosial infrastruktur elementi olduğu vurğulanır.

MƏNBƏ:TRT
Araşdırma
2025-ci il qeydlərə görə ən isti üçüncü il olub
ASELSAN 30 milyard dollar həddini aşaraq Türkiyənin ən iri şirkəti oldu
İstanbul Universiteti dəniz otlarını qorumaq üçün süni intellektdən istifadə etməyə başlayıb
Türkiyə şirkəti “Plan-S”in orbitdəki peyk sayı 16-ya çatıb
“Baykar” yeni investisiya planı çərçivəsində “Piaggio Aerospace”in istehsalını beş dəfə artıracaq
Dünyanın ən böyük kosmik tədbiri oktyabr ayında Türkiyədə keçiriləcək
"Tuba" dəniz tısbağası Türkiyənin Egey və Aralıq dənizinin şərq sahillərində  qalıb
Mehmet Kaçır: "Türkiyə Somalidə kosmodromun inşasına başlayacaq"
Süni intellektin idarəetmədəki rolu
Aİ "Google"un süni intellektə məlumatlardan istifadəsinə dair rəqabət əleyhinə araşdırma başladıb
Türkiyə TUA-nın sədrinin APSCO Şurasının rəhbəri seçilməsilə tarixi nailiyyət əldə etdi
Türkiyənin "Kızılelma" pilotsuz döyüş təyyarəsi hava qüvvələrinin taleyini dəyişdirdi
Türkiyənin ilk yerli istehsalı olan orbitaya transfer aparatı kosmosda missiyasına başlayıb
Türkiyənin müdafiə nəhəngi ASELSAN 50 yaşını qeyd edir
Rumıniya Fransanın "Mistral" hava hücumundan müdafiə sistemlərinin alınması üçün müqavilə imzalayıb
Türkiyənin qabaqcıl HÜRJET təlim təyyarəsinin kütləvi istehsalı yaxın zamanda start götürəcək
Türkiyənin müdafiə şirkətləri təbii fəlakətlərdə istifadə üçün həyat qurtaran dronlar hazırlayırlar
Antarktida buzlarının əriməsi dəniz səviyyəsinin daha sürətli yüksəlməsinə səbəb ola bilər
"Kızılelma" simulyasiya atəşi sınağında F-16-nı vurdu
“Turkcell” “Google” ilə tərəfdaşlıq qurdu