DÜNYA
1 dəqiqə oxuma
İsrail Yəməndən gələn pilotsuz uçuş aparatının vurduğunu açıqladı
İsrail ordusu döyüş təyyarələrinin şərqdən gələn pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
İsrail Yəməndən gələn pilotsuz uçuş aparatının vurduğunu açıqladı
/ AFP

İsrail ordusu çərşənbə günü Yəməndən gələn pilotsuz təyyarəni vurduğunu açıqlayıb.

Rəsmi "X" sosial media hesabında paylaşım edən ordu sözçüsü Aviçay Adrae bildirib ki, pilotsuz uçuş aparatının (PUA) Yəmən istiqamətindən, yəni şərqdən gəldiyi təsbit edilib. A.Adrae İsrail döyüş təyyarələrinin PUA-nı vurduğunu və protokola uyğun olaraq hava hücumu siqnalının işə salındığını qeyd edib.

Çərşənbə axşamı isə İsrail ordusu Yəməni hədəf alaraq Səna hava limanı, elektrik stansiyaları və sənaye obyektlərinə hava zərbələri endirib. Hücumlar nəticəsində azı 7 nəfər həlak olub, 74 nəfər isə yaralanıb.

Husilər son 19 ayda İsrailin fələstinlilərə qarşı həyata keçirdiyi vəhşi hücumlar nəticəsində, əksəriyyəti qadın və uşaq olmaqla 52 min 600-dən çox insanın həyatını itirdiyi Qəzzadakı fələstinlilərlə həmrəylik məqsədilə 2023-cü ilin noyabr ayında Qırmızı və Ərəb dənizləri, Bab əl-Məndəb boğazı və Ədən körfəzindən keçən gəmiləri hədəf almağa başlayıblar.

Husilər yanvar ayında Qəzzada İsrail və Fələstinin müqavimət hərəkatı HƏMAS arasında əldə edilən atəşkəsdən sonra hücumlarını dayandırmışdı. Lakin İsrail mart ayında Qəzzaya hava hücumlarını yenidən bərpa etdikdən sonra, husilər hücumlarını təkrarlayıb.

Oman çərşənbə axşamı Yəməndə ABŞ və husilər arasında atəşkəs elan edildiyini açıqlayıb. Bu bəyanat, ABŞ Prezidenti Donald Trampın husilərin ticarət gəmilərinə hücum etməyəcəklərini bildirməsindən sonra verilib.

MƏNBƏ:TRT Global
Araşdırma
İsrailli əsgərin Livanın cənubunda İsa peyğəmbərin heykəlini parçalaması qəzəbə səbəb olub
İranda İsrailin xeyrinə casusluqda ittiham olunan iki nəfər edam edilib
Ukraynanın pilotsuz uçuş aparatı Rusiyanın Tuapse limanına zərbə endirib
İran yük gəmisinin ələ keçirilməsinə cavab olaraq ABŞ gəmilərinə zərbə endirib
ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə qarşı əməliyyat keçirib
İran müharibəsi gedən bir vaxtda ABŞ, Yaponiya və Filippin genişmiqyaslı hərbi təlimlər keçirir
İran ABŞ qüvvələrinin ticarət gəmisini ələ keçirməsindən sonra qisas alacağını bildirib
İran hakimiyyəti Hörmüz boğazını yenidən bağladı
İran Hörmüz boğazının bütün ticarət gəmiləri üçün açıldığını elan etdi
Suriya qoşunları ABŞ əsgərlərinin çıxmasından sonra Həsəkədəki Kasrak hava bazasına daxil olub
Beynəlxalq Enerji Agentliyi: ''Avropanın 6 həftəlik yanacaq ehtiyatı qalıb"
İsrail Livandakı ölümcül hücumlarını davam etdirir
ABŞ-nin blokadasına baxmayaraq, İranla əlaqəli gəmilər körfəzə girmək üçün yeni marşrut izləyirlər
Rusiyanın Ukraynaya qarşı təşkil etdiyi hücumlar nəticəsində üç nəfər həlak olub
Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək
Əfqanıstan Qəzzaya 500 tondan çox yardım göndərib
Şahbaz Şərif Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə səfər edəcək
Si Cinpin Pekində Sergey Lavrov ilə görüşüb
25 gəmi Hörmüz boğazından keçib
IFRC Türkiyədən İrana daha çox yardım göndərməyi planlaşdırır