Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində paytaxt Seulda texnologiya, elektronika, biotexnologiya və kimya sənayesi üzrə aparıcı şirkətlərin rəhbərliyi ilə bir araya gəlib.
Məlumata əsasən, Prezident Rəcəb Tayyib Ərdoğan "LG Electronics"in baş direktoru Lyu Cae-çol, "Celltrion"un baş direktoru So Cin-sok, "SK Chemicals" və "SK Plasma" şirkətlərinin baş direktoru Cehun An, eləcə də "Hyundai Motor Group"un rəhbəri Çon Eyson ilə görüşüb.
Dövlət başçısı səfər proqramı çərçivəsində həmçinin "Samsung"un baş direktoru Roh Te-mun, "Chemtronics Wits" şirkətinin sədri Kim Bokyun və Koreya Elektrik Enerjisi Korporasiyasının (KEPCO) vitse-prezidenti, həmçinin yeni bizneslər üzrə rəhbər Çan-huk Çunun rəhbərlik etdiyi nümayəndə heyətlərini qəbul edib.





















