Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək. Donald Tramp Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Liderlər daha sonra təkbətək görüş keçirəcəklər.
İyulun 8-də isə Prezident Donald Tramp NATO-nun rəsmi qarşılama mərasiminə və ənənəvi ailə fotosessiyasına qatılacaq. O, həmçinin alyansa üzv dövlətlərin liderlərinin işgüzar iclasında iştirak edəcək.
TÖVSİYƏ EDİLƏN
ABŞ Prezidentinin NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd Əl Şaraa ilə ikitərəfli regional görüşlər keçirməsi planlaşdırılır. Donald Trampın Ankaranı tərk etməzdən əvvəl təşkil ediləcək mətbuat konfransında çıxış edəcəyi də bildirilir.














