SİYASƏT
2 dəqiqə oxuma
Pakistan çinli işçilərə hücumda ittiham olunan terrorçuları zərərsizləşdirdi
Rəsmi İslamabad çinli işçilərin təhlükəsizliyini artıracağına söz verib
Pakistan çinli işçilərə hücumda ittiham olunan terrorçuları zərərsizləşdirdi
Pakistan / Reuters

Pakistan rəsmilərinin iyulun 28-də (bu gün) verdiyi məlumata görə, Pakistan təhlükəsizlik qüvvələri gecə saatlarında həyata keçirdikləri reyd zamanı, ötən il ölkənin cənubundakı liman şəhəri Kəraçidə yerləşən tekstil fabrikində işləyən iki Çin vətəndaşının yaralanması ilə nəticələnmiş hücumu planlaşdırmaqda ittiham olunan üç terrorçunu zərərsizləşdirib.

Pakistan DİN-in Terrorla Mübarizə Departamentinin baş müfəttişi Azad Xan bildirib ki, zərərsizləşdirilən silahlılar arasında 2024-cü ilin noyabrında baş vermiş hücumun əsas planlaşdırıcısı da var. Onun şəxsiyyəti təkcə "Zafran" adı ilə açıqlanıb və Pakistan Talibanı kimi tanınan “Təhriki-Taliban Pakistan” (TTP) qruplaşmasının üzvü olduğu bildirilir.

"Dawn" qəzetinin yaydığı məlumata əsasən, əməliyyat Terrorla Mübarizə İdarəsi və kəşfiyyat orqanları tərəfindən Kəraçi şəhərinin Manqopir qəsəbəsində aparılıb.

Qeyd edək ki, Çin tərəfi Pekin rəhbərliyinin milyardlarla dollar dəyərində həyata keçirdiyi Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) çərçivəsində yolların, dəmir yollarının və enerji stansiyalarının tikintisində çalışan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün Pakistana təzyiqlərini davam etdirir.

Çin vətəndaşları son illər Pakistan hökumətinin qadağan etdiyi və ABŞ tərəfindən də terror təşkilatı kimi tanınan TTP və Bəlucistan Azadlıq Ordusu kimi separatçı qrupların artan hücumlarına hədəf olurlar.

Rəsmi İslamabad xüsusiylə fabriklərdə işləyənlər də daxil olmaqla Çin vətəndaşlarının təhlükəsizliyini gücləndirəcəyinə söz verib.

 

Tirah vadisində qanlı toqquşma

Digər tərəfdən, yerli hakimiyyət nümayəndəsi Fəyaz Xan 27 iyulda Xeybər-Paxtunxva əyalətinə daxil olan Tirah vadisində təxminən yeddi nəfərin öldüyünü açıqlayıb.

F.Xan bildirib ki, həftəsonu bölgəyə atılan minaatan mərmisi nəticəsində bir uşağın həlak olmasından sonra yüzlərlə sakin qorunma və ədalət tələbi ilə ərazidəki hərbi düşərgənin qarşısında toplaşıb. Bundan sonra izdihama naməlum silahlı şəxslər atəş açıblar.

Fəyaz Xan qeyd edib ki, etirazçılar bəzi iştirakçıların hərbi düşərgəyə daş atmasından sonra ordu qüvvələrinin atəş açdığını iddia edir. Lakin polis hələlik ölənlərin kimin tərəfindən vurulduğunu müəyyənləşdirə bilməyib.

O, həmçinin yaxınlıqdakı təpələrdən də atəş səslərinin eşidildiyini bildirib və əlavə edib ki, hüquq-mühafizə orqanları bu insidentin TTP tərəfindən xalq ilə ordu arasında qarşıdurma yaratmaq məqsədilə təşkil olunmasından şübhələnirlər.

Hökumət Tirah vadisində baş verən qanlı insidentlə bağlı rəsmi araşdırma başladıldığını açıqlayıb.

MƏNBƏ:TRT Global
Araşdırma
Tramp İranın Hörmüz boğazını yenidən açmaq təklifindən narazı qalıb
Marko Rubio:"HƏMAS-ın tərksilah edilməsi ilə bağlı ümidverici əlamətlər var"
İran müharibəni sona çatdırmaq üçün ABŞ-yə yeni plan təklif etdi
Kim Çen In:"Şimali Koreya Rusiyanın yürütdüyü siyasəti dəstəkləməyə davam edəcək"
D.Tramp baş verən silahlı hücumu İrana qarşı aparılan müharibə ilə əlaqələndirib
Aİ xəbərdarlıq etdi: BMT Nizamnaməsi prinsipləri "birbaşa hücum altındadır"
D.Tramp İrana nüvə silahı ilə hücum etməyəcəklərini açıqladı
Tom Barak Türkiyənin ''F-35'' proqramına qayıtması məsələsini qiymətləndirib
Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyanın Baş qubernatorunu qəbul edib
Ağ Ev Cey Di Vensin Pakistana planlaşdırılan səfərinin təxirə salındığını açıqlayıb
İngiltərə və Fransa Hörmüz boğazının açılması üçün yaradılan çoxmillətli koalisiyaya rəhərlik edəcək
Vens İran danışıqları üçün Pakistana səfər edəcək
Macarıstanın yeni Baş naziri Netanyahunu həbs edəcəyini açıqladı
İran ABŞ-nin ticarət gəmisinə müdaxiləsini "dəniz quldurluğu" adlandırdı
Trump: "İranın zənginləşdirilmiş uranının geri alınması uzun və çətin olacaq"
İran Prezidenti müharibənin heç kimin maraqlarına uyğun olmadığını bildirərək, diplomatiyaya çağırıb
Hakan Fidan:"Antalya Diplomatiya Forumu mühüm platformaya çevrilib"
Ərəb ölkələri İsrail və Livan arasındakı atəşkəs qərarını alqışlayıblar
Türkiyənin XİN rəhbəri Hakan Fidan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan və Tufan Ərhürman arasında görüş olub