DÜNYA
1 dəqiqə oxuma
Emmanuel Makron ABŞ və Rusiya arasında əldə olunan yanacaq razılaşmasını tənqid edib
Fransa Prezidenti Emmanuel Makron ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı əldə olunan razılaşmanı faydasız adlandırıb
Emmanuel Makron ABŞ və Rusiya arasında əldə olunan yanacaq razılaşmasını tənqid edib
Emmanuel Makron ABŞ və Rusiya arasında əldə olunan yanacaq razılaşmasını tənqid edib / َAA

Fransa Prezidenti Emmanuel Makron ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı əldə olunan razılaşmanı faydasız adlandırıb. Avropa Şurasının iclasından sonra çıxış edən Emmanuel Makron bildirib ki, Rusiya dizeli artıq qlobal bazardadır və bu addım enerji qiymətlərini aşağı salmayacaq, əksinə mənfi mesaj verəcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp qiymətləri endirmək məqsədilə Rusiya dizelinin ixracına qoyulmuş sanksiyaları ləğv edib. Donald Tramp rəsmi Moskvanın bazara 2,25 milyon bareldən çox dizel yanacağı çatdıracağını və həmçinin enerji infrastrukturuna Emmanuel Makron həmçinin Ukraynanın gələn il üçün tələb etdiyi əlavə 70 milyard avroluq maliyyə yardımının G7 və avropalı tərəfdaşlar tərəfindən nəzərdən keçiriləcəyini bildirib. Brüsseldə Aİ liderləri ilə görüşən Ukrayna Prezidenti Volodimir Zelenski isə müttəfiqləri sanksiyaları yumşaltmamağa çağırıb və yeni sanksiya paketinin hazırlanmasını tələb edib.