SİYASƏT
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan və Tufan Ərhürman arasında görüş olub
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan aprelin 16-da Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Tufan Ərhürman ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan və Tufan Ərhürman arasında görüş olub
Rəcəb Tayyib Ərdoğan və Tufan Ərhürman arasında görüş olub / AA

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan aprelin 16-da Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Tufan Ərhürman ilə görüşüb. İstanbulda baş tutan görüşdə bəzi Avropa ölkələrinin İranla müharibə bəhanəsi ilə Kiprə yerləşdirdiyi hərbi ünsürlərinin daimi xarakter daşımamalı olduğu vurğulanıb.

Prezident R.T.Ərdoğan Türkiyənin Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmağa hazır olduğunu və rəsmi Ankaranın Kiprdəki türklərin hüquq və maraqlarının pozulmasına heç vaxt icazə verməyəcəyini vurğulayıb. Görüş zamanı ikitərəfli münasibətlər və regional proseslər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç, Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran və Türkiyə Prezidentinin Baş müşaviri Zəfər Çubukçu da iştirak ediblər.

Araşdırma
V.Putin və S.Vitkoff Sankt-Peterburqda Ukraynadakı müharibəni müzakirə etdilər
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək