DÜNYA
1 dəqiqə oxuma
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər
BRİCS-ə üzv dövlətlərin liderləri münaqişələrin qarşısının alınması və onların sülh yolu ilə həlli istiqamətində daha qətiyyətli addımlar atmağa çağırıblar. Sammitdə fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz edilib
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər

BRİCS-ə üzv dövlətlərin liderləri münaqişələrin qarşısının alınması və onların sülh yolu ilə həlli istiqamətində daha qətiyyətli addımlar atmağa çağırıblar. Sammitdə fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz edilib.

"Hindistanın paytaxtı Yeni Dehidə keçirilən sammitin ilk günündə yekdilliklə qəbul edilən Yeni Dehli Bəyannaməsində bu məqamlara xüsusi diqqət yetirilib. Bəyannamədə 2025-ci ilin oktyabr ayında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, Qəzzada hələ də davam edən zorakılıqdan dərin narahatlıq ifadə olunub. Liderlər fələstinlilərin Qəzzadan zorla köçürülməsinə yönələn bütün addımlara dərhal son qoyulmasını tələb ediblər.

Sənəddə Fələstin xalqının hüquqlarını məhdudlaşdıran və işğalı uzadan addımlardan narahatlıq ifadə olunub. Bəyannamədə vurğulanıb ki, İsrail-Fələstin münaqişəsinin ədalətli həlli yalnız sülh yolu ilə mümkündür.

BRİCS-ə üzv dövlətlərin liderləri həmçinin dünyada nüvə münaqişəsi riskinin artması ilə bağlı narahatlıqlarını dilə gətirərək silahlara nəzarət və silahların yayılmaması istiqamətində çağırışlar ediblər. Sənəddə dinc məqsədlər üçün istifadə olunan mülki infrastruktura və nüvə obyektlərinə qarşı qəsdən törədilən hücumların ciddi narahatlıq doğurduğu vurğulanıb. Bildirilib ki, silahlı münaqişələr də daxil olmaqla, istənilən şəraitdə insanları və ətraf mühiti qorumaq üçün nüvə təhlükəsizliyi standartlarına hər zaman qeyd-şərtsiz əməl olunmalıdır.