Sakinlərin məlumatına görə, tətbiq edilən təzyiqlər etirazları əsasən yatırıb, dövlət mediası isə Xəzər dənizinin şimalındakı şəhərlərdə belə həbslərin artdığını və küçələrin daha sakit olduğunu bildirib.
İnsan haqları təşkilatı yanvarın 16-da bildirib ki, İranda etirazlarda 3 mindən çox insan ölüb, səkkiz günlük internet kəsilməsindən sonra internet fəaliyyətində "çox cüzi artım" qeydə alınıb.
ABŞ-da yerləşən HRANA qrupu, bölgə sakinlərin təzyiqlərin hələlik etirazları əsasən yatırdığını və dövlət mediasının daha çox həbs barədə məlumat verdiyini bildirməsindən sonra 2 885-i etirazçı olmaqla olmaqla 3 090 nəfərin ölümünü təsdiqləyib.
"Reuters" agentliyinə danışan bir neçə sakin paytaxt Tehranın dörd gündür nisbətən sakit olduğunu, şəhər üzərində dronların uçduğunu, lakin yanvarın 15-16-da böyük etiraz əlaməti olmadığını bildirib.
Xəzər dənizi sahilindəki şimal şəhərlərindən birinin sakini oradakı küçələrin də sakit göründüyünü deyib.
Etirazlar iqtisadi çətinliklər səbəbindən 28 dekabrda başlayıb və genişmiqyaslı nümayişlərə çevrilib.
İnternet monitorinq qrupu "NetBlocks" "X"-də bildirib ki, 200 saatlıq fasilədən sonra "ölçülər bu səhər İranda internet bağlantısında çox cüzi bir artım göstərir" və bağlantının normal səviyyənin təxminən 2 faizində qaldığını qeyd edib.
Xaricdə yaşayan bir neçə iranlı sosial mediada bu gün (17 yanvar 2026) səhər tezdən İran daxilindəki istifadəçilərə mesaj göndərə bildiklərini bildiriblər.
Etirazçıları edam edəcəyi təqdirdə İranı "çox sərt tədbirlərlə" hədələyən ABŞ prezidenti Donald Tramp Tehrandakı liderlərin kütləvi edamları ləğv etdiyini bildirib.
Tramp sosial media paylaşımında deyib: "Dünən baş tutmalı olanlar da daxil olmaqla (800-dən çox) bütün planlaşdırılan edamların ləğvinə böyük hörmətim var. Təşəkkür edirəm!".
İran bu cür edamlar üçün hər hansı planının olub-olmadığı və ya onları ləğv edib-etmədiyi barədə heç bir məlumat paylaşmayıb.













