DÜNYA
1 dəqiqə oxuma
Polşa Baş naziri Donald Tuska qarşı sui-qəsd planlaşdıran şəxs saxlanılıb
Polşanın Baş naziri Donald Tusk və Baş nazirin müavini, milli müdafiə naziri Vladislav Kosiniak-Kamışa qarşı sui-qəsd cəhdinin qarşısı alınıb
Polşa Baş naziri Donald Tuska qarşı sui-qəsd planlaşdıran şəxs saxlanılıb
Polşa Baş naziri Donald Tuska qarşı sui-qəsd planlaşdıran şəxs saxlanılıb

Polşanın Baş naziri Donald Tusk və Baş nazirin müavini, milli müdafiə naziri Vladislav Kosiniak-Kamışa qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaletska rəsmi "X" səhifəsində etdiyi paylaşımda polisin yüksəkvəzifəli rəsmilərə qarşı ehtimal edilən hücum barədə məlumat aldığını və təhlükəsizlik qüvvələrinə tədbir görmələri barədə göstəriş verildiyini bildirib.

Hökumətin sözçüsü Adam Şlapka "Polsat News"a açıqlamasında məsələnin ciddi olduğunu və Baş nazirin məlumatlandırıldığını deyib. O, Tuskun Varşavada rəsmi vəzifələrinin icrasını davam etdirdiyini, hüquq-mühafizə orqanlarının isə araşdırma apardığını vurğulayıb.

Polşa mediasının məlumatına görə, rəsmilərə ünvanlanan təhdidlər elektron poçt vasitəsilə göndərilib.

Baş nazir Donald Tusk "X" hesabındakı paylaşımında sui-qəsdlə hədələyən şəxsin artıq saxlanıldığını bəyan edib və operativ müdaxiləyə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Donald Tusk bundan əvvəl Rusiyanın NATO-nun şərq cinahına qarşı hibrid hücumlarını artıra biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.