TÜRKİYƏ
3 dəqiqə oxuma
H.Fidan Türkiyə dövlətinin Qəzzaya hərbi qüvvə göndərməyə hazır olduğunu açıqlayıb
Türkiyənin XİN rəhbəri bu barədə televiziya kanalına verdiyi müsahibəsində deyib
H.Fidan Türkiyə dövlətinin Qəzzaya hərbi qüvvə göndərməyə hazır olduğunu açıqlayıb
H.Fidan Türkiyə dövlətinin Qəzzaya hərbi qüvvə göndərməyə hazır olduğunu açıqlayıb / Reuters

Yanvarın 22-də NTV televiziya kanalına müsahibə verən Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İsrailin Türkiyənin Qəzzadakı roluna “hər cür şəkildə qarşı” olduğunu bildirib. Lakin o, buna baxmayaraq rəsmi Ankaranın səylərini davam etdirəcəyini qeyd edib. Nazir deyib: “Zəruri şərtlər yaranarsa, hərbi dəstək vermək iradəmiz var.”

H.Fidan Qəzzanı Türkiyənin ən vacib prioriteti kimi xarakterizə edib və bölgədə nəzarəti həyata keçirəcək yeni Sülh Şurası strukturunun yaradılması istiqamətində hazırlıqların davam etdiyini bildirib. Nazir qeyd edib ki, ayrı-ayrı komitələr Qəzzanın milli iradəsinin təmsil olunmasına və gündəlik idarəetmənin həyata keçirilməsinə cavabdeh olacaq.

Humanitar yardım fəaliyyətlərinin fasiləsiz davam etdiyini bildirən H.Fidan Rəfah sərhəd-keçid məntəqəsinin ən tez gələn həftə yenidən açıla biləcəyini söyləyib. Qış şəraitində çadırlarda yaşamağa məcbur qalan məcburi köçkün fələstinlilər üçün konteyner tipli yaşayış evlərinin göndərilməsinin planlaşdırıldığını, Türkiyə Qızıl Ayparasının isə ərazidə yardım fəaliyyətlərini davam etdirdiyini qeyd edib.

“Həmas” müqavimət hərakatının tərkisilah olub-olmayacağı ilə bağlı suala cavab verən H.Fidan bu məsələnin daha geniş yol xəritəsinin tərkib hissəsi olduğunu bildirib. Həmçinin nazir rəsmi Ankara üçün əsas prioritetin Qəzza əhalisinin öz torpaqlarında qalmasının təmin edilməsi olduğunu vurğulayıb.

 

İsrailin İrana mümkün hücumu

Türkiyənin XİN rəhbəri H.Fidan İsrailin hələ də İrana hücum etmək üçün fürsət axtardığını göstərən əlamətlərin mövcud olduğunu deyərək, belə bir addımın regionu daha da qeyri-sabit vəziyyətə sala biləcəyi barədə xəbərdarlıq edib.

“Ümid edirəm ki, fərqli bir yol taparlar, lakin reallıq budur ki, xüsusilə İsrail İrana hücum etmək üçün fürsət axtarır”, – deyə o, əlavə edib.

 

Suriyadakı toqquşmalar

Suriyadakı məsələlərə də toxunan H.Fidan YPG terror təşkilatı ilə Dəməşq rəhbərliyi arasında əldə olunan dörd günlük atəşkəsin həssas olduğunu və onun uzadılmasına ehtiyac yarana biləcəyini bildirib. O, həmçinin DEAŞ üzvlərinin Suriya ərazisindən İraqa köçürülməsinə diqqət çəkib.

Türkiyənin toqquşmaların yenidən alovlanmasının qarşısını almaq üçün aktiv diplomatik fəaliyyət apardığını bildirən H.Fidan faydalı dialoq prosesinin formalaşacağına ümid etdiklərini söyləyib. YPG-nin son dövrlərdə güc itirməsinin gözlənilən olduğunu qeyd edən nazir ərəb çoxluğun yaşadığı bölgələrdə qəbilə strukturlarının və yerli üsyan risklərinin uzun müddətdir qiymətləndirildiyini bildirib.

Nazir H.Fidan rəsmi Ankaranın YPG terror təşkilatının tam şəkildə Şimali İraq mərkəzli PKK terror təşkilatı rəhbərliyinə tabe olduğunu bir daha təkrarlayaraq, suriyalı olmayan PKK üzvlərinin Suriyanı tərk etdiyini vurğulayıb. O, Sincar bölgəsində PKK-nın mövcudluğunun davamlı olmadığını bildirib. Hakan Fidan YPG terror təşkilatına rəsmi Ankara tərəfindən verilən mesajları qulaqardına vurmamaq və xarici aktorların təsiri altına düşməmək çağırışı da edib.

 

Qlobal güc siyasətində “təhlükəli dövr”

Eyni zamanda daha geniş regional çərçivədə də danışan nazir H.Fidan böyük güclərin qeyri-müəyyənlik yaratdığı və qaydalara əsaslanan beynəlxalq nizamı zəiflətdiyi “təhlükəli dövr”ə qədəm qoyulduğunu bildirib. Bu səbəbdən nazir “orta miqyaslı güclər” arasında əməkdaşlığın daha böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və prezident Rəcəb Tayyib Ərdoğanın uzun müddətdir səsləndirdiyi qlobal sistemdəki zəyifliklə bağlı fikirlərinə istinad edib.

H.Fidan Türkiyənin geniş regional ittifaqlar quraraq qütbləşməni azaltmaq mövqeyində olduğunu bildirib. O, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək israrına da toxunaraq, belə bir ərazi itkisinin ittifaqların dağılmasına işarə edəcəyini deyib və Vaşinqton hökumətinin strateji hədəflərinin gizli olmadığını, lakin bunun Qərb birliyi üçün ciddi nəticələr doğura biləcəyini deyib.

MƏNBƏ:TRT
Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib