DÜNYA
1 dəqiqə oxuma
Rusiya və Ukraynanın gecə boyu təşkil etdiyi hücumlarda 2 nəfər ölüb, 15 nəfər yaralanıb
Rusiya və Ukrayna rəsmiləri gecə ərzində həyata keçirilən hücumlarda ən azı iki nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildiriblər
Rusiya və Ukraynanın gecə boyu təşkil etdiyi hücumlarda 2 nəfər ölüb, 15 nəfər yaralanıb
Rusiya və Ukraynanın gecə boyu təşkil etdiyi hücumlarda 2 nəfər ölüb, 15 nəfər yaralanıb / Reuters

Rusiya və Ukrayna rəsmiləri gecə ərzində həyata keçirilən hücumlarda ən azı iki nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildiriblər.

Rusiya rəsmisi Yevgeni Balitskinin sözlərinə görə, Simferopoldan Moskvaya gedən sərnişin avtobusu Ukrayna pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb. Primorsk şəhəri yaxınlığında baş verən insident zamanı avtobusda olan 31 nəfərdən birinin həlak olduğu, yaralananların isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

krayna Dövlət Fövqəladə Hallar Xidməti Rusiyanın Kiyevə etdiyi hücumlar nəticəsində bir nəfərin öldüyünü, 15 nəfərin isə xəsarət aldığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi isə gecə boyu Ukraynanın müdafiə sənayesi obyektlərinə, Kiyevdəki nəqliyyat infrastrukturuna, Xarkov vilayətindəki logistika mərkəzinə və Ukrayna qüvvələrinin istifadə etdiyi gəmilərə idarəolunan silahlar və PUA-larla zərbələr endirildiyini bəyan edib.

Nazirlik Kiyevdə uzun və orta mənzilli PUA istehsal edən sənaye müəssisələrinin və hərbi yüklərin daşınmasında istifadə edilən Yujnı avtomobil-dəmir yolu körpüsünün vurulduğunu bildirib.

Məlumatda həmçinin Rusiya hava hücumundan müdafiə sistemlərinin 15 bölgə üzərində Ukraynaya məxsus 222 PUA-nı zərərsizləşdirdiyi qeyd edilib.