TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə Prezidenti R.T.Ərdoğan Ankarada keçirilən İkinci Kommunikasiya Şurasında iştirak edib
Ölkə başçısı R.T.Ərdoğan kommunikasiyanın əsas məqsədinin etibarlı məlumatın oxuyucuya ən qısa müddətdə çatdırmaq olduğunu bildirib
Türkiyə Prezidenti R.T.Ərdoğan Ankarada keçirilən İkinci Kommunikasiya Şurasında iştirak edib
Türkiyə Prezidenti R.T.Ərdoğan Ankarada keçirilən İkinci Kommunikasiya Şurasında iştirak edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 28-də paytaxt Ankarada keçirilən 2-ci Kommunikasiya Şurasının tədbirində çıxış edib.

Prezident R.T.Ərdoğan deyib: “Əvvəlcə İsrail tərəfindən Qəzzada şəhid edilənlər olmaqla, fədakarca həyata keçirdikləri fəaliyyətləri zamanı həlak olan media mənsublarını rəhmət və ehtiramla yad edirəm”.

Dövlət başçısı günümüzdə informasiyaya çıxışın heç vaxt olmadığı qədər sürətləndiyi, asanlaşdığı və yayğınlaşdığı dinamik bir dövrdə olduğumuza diqqət çəkərək deyib: “Peyk və rabitə texnologiyalarında demək olar ki, hər gün yeni bir irəliləyiş, yeni bir inkişaf qeydə alınır. Dünyanın bir ucunda baş verən hər hansı bir hadisə dəqiqələr, hətta saniyələr ərzində milyardlarla insana çatır. Əvvəllər saatlarımızı, günlərimizi, həftələrimizi alan işlər artıq dəqiqələr ərzində, tək bir düymə və ya tapşırıqla həll olunur”.

Xüsusilə süni intellekt modellərinin dövrəyə girməsi ilə təhsildən mediaya, nəqliyyatdan ticarətə, səhiyyədən kənd təsərrüfatına qədər hər sahədə bu texnologiyaların təmin etdiyi üstünlüklərdən yararlanıldığını vurğulayan ölkə başçısı R.T.Ərdoğan çıxışına belə davam edib: “Kütlələr (alqoritm faşizmi) adlandırılan bir çərçivəyə sıxışdırılmağa çalışılır. Bu prosesdə ən çox zərər görən anlayış isə şübhəsiz ki, həqiqət olur. Halbuki kommunikasiyanın əsas məqsədi doğru və etibarlı məlumatı oxuyucuya ən qısa yoldan və ən qısa müddətdə çatdırmaqdır”.

Dövlət başçısı keçirilən tədbirin əhəmiyyətini belə ifadə edib: “Dövlət diplomatiyasından süni intellektə, dezinformasiya ilə mübarizədən xəbərçilik istehsalına, kommunikasiya hüququ və rəqəmsal platformalar kimi kommunikasiya sahəsindəki bütün mövzuların nəzərdən keçirildiyi bu tədbiri son dərəcə qiymətli hesab etdiyimi burada vurğulamaq istəyirəm”.

Prezident R.T.Ərdoğan çıxışını yekunlaşdırarkən deyib: “Şuranın həm zəngin iştirakçı heyəti, həm də əhatəli məzmunu ilə əksikliyini hiss etdiyimiz bir sahədə mühüm bir boşluğu dolduracağına ürəkdən inanıram. Buradakı ortaq təfəkkürün məhsulu olan hesabatlar, məruzələr və sabah yayımlanacaq yekun bəyannaməsi, ümid edirəm ki, Türkiyənin gələcək baxışını formalaşdıracaq. Bu sənədlər ölkəmizin milli və beynəlxalq kommunikasiya potensialını daha da gücləndirəcəkdir”.

MƏNBƏ:TRT
Araşdırma
COP31-də könüllü olmaq istəyənlərin nəzərinə
Prezident R.T.Ərdoğan Ayasofyanın ibadətə açılmasının 6-cı ildönümünü münasibəti ilə paylaşım edib
Türkiyə “Eurofighter” təlimi üçün Böyük Britaniyaya ilk pilotlarını göndərir
NATO-nun "Ön qapı" təşəbbüsü Türkiyə ilə müdafiə əməkdaşlığının gücləndirilməsinə imkan yaradır
ASEAN Türkiyəyə Dialoq Tərəfdaşı statusu verdi
Türkiyə: "Biz 90 ildir ki, Montrö boğazlar konvensiyasını diqqətlə tətbiq edirik"
H.Fidan ABŞ və İran arasında razılaşmanın bərpa edilməsi ilə bağlı çağırış edib
Egey dənizində 39 qeyri-qanuni miqrant saxlanılıb, 8 nəfər xilas edilib
Yunanıstandan Anadoluda türklərə qarşı törədilən qətliamla bağlı etiraf
Türkiyənin xarici işlər naziri H.Fidan Qətərə səfər edəcək
Malatyanın Battalqazi rayonunda 5 bal gücündə zəlzələ baş verib
15 iyuldan sonrakı xarici siyasət və Türkiyənin gələcəklə bağlı planı
Hakan Fidan: "Ukraynaya çox məhsuldar səfərimiz oldu"
15 iyuldan sonra enerji siyasətləri
İstanbulda "İradə bizimdir, zəfər bizimdir" şüarı ilə yürüş təşkil edilib
İ.Əliyev həmkarı R.T.Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar
Rəcəb Tayyib Ərdoğan: "Xalqımız ölkəmizə qarşı qurulan bütün oyunları puça çıxardı"
Türkiyə Polis İdarəsi 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə videoçarx hazırlayıb
Türkiyə Səudiyyə Ərəbistanına edilən raket hücumuna reaksiya göstərib