SİYASƏT
1 dəqiqə oxuma
Türkiyənin İHH yardım qurumu Qəzzanın şimalında dağıntıların təmizlənməsinə başladı
İHH yardım qurumu yolların təmizlənməsi və humanitar yardımların çatdırılmasını asanlaşdırmaq üçün genişmiqyaslı işlər aparır
Türkiyənin İHH yardım qurumu Qəzzanın şimalında dağıntıların təmizlənməsinə başladı
Türkiyənin İHH yardım qurumu Qəzzanın şimalında dağıntıların təmizlənməsinə başladı / AA

İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) İsrailin amansız hücumlarının səbəb olduğu genişmiqyaslı dağıntılardan sonra Qəzzada yeni layihəyə start verib.

Oktyabrın 18-də başlayan təşəbbüs əsasən dağıntıların təmizlənməsi, ətraf mühitin bərpası və bağlı yolların yenidən açılmasına yönəlib. İHH-nin məlumatına görə, təmizləmə işləri xüsusilə Qəzzanın ən çox zərər görmüş şimal hissəsində həyata keçirilir.

Ağır texnika və ixtisaslı qruplar yaşayış məntəqələrindəki dağıntıların təmizlənməsi üçün səfərbər olunub. Bununla da küçələrin və ictimai yerlərin ən qısa zamanda yenidən istifadəyə açılması hədəflənir.

İHH bildirib ki, burada həyata keçirilən fəaliyyətlər həm də Qəzza sakinləri üçün normal həyata qayıtmaq üçün təhlükəsizlik hissinin yenidən formalaşdırılmasını nəzərdə tutur. Bundan əlava, qurum yolların açılmasının humanitar yardımların çatdırılması, ərzaq, tibbi ləvazimatlar və digər təcili ehtiyacların uzun müddətdir məhrum qalmış əhaliyə göndərilməsi baxımından həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, İHH uzun illərdir Qəzzada ərzaq paylanması, sığınacaq təminatı, səhiyyə xidmətləri, psixososial dəstək proqramları sahəsində yardımlar göstərir. Müharibənin səbəb olduğu dağıntıların təmizlənməsi və yolların açılması layihəsi ilə isə Fond Qəzzanın şəhər mühitinin bərpasını sürətləndirməyi və minlərlə fələstinlinin həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verməyi qarşısına məqsəd qoyub.

MƏNBƏ:TRT
Araşdırma
Tramp İranla danışıqlar aparmadıqlarını və yaxın zamanda "nəsə baş verəcəyini" bildirib
V.Putin və S.Vitkoff Sankt-Peterburqda Ukraynadakı müharibəni müzakirə etdilər
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"