TÜRK DÜNYASI
1 dəqiqə oxuma
Qətər Əmiri Əl-Sani Özbəkistan Prezidenti Ş.Mirziyoyev ilə görüşüb
Görüşdə iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələri, həmçinin bu münasibətlərin inkişaf etdirilməsi imkanları qiymətləndirilib
Qətər Əmiri Əl-Sani Özbəkistan Prezidenti Ş.Mirziyoyev ilə görüşüb
(ARXİV) Qətər Əmiri Əl-Sani Özbəkistan Prezidenti Ş.Mirziyoyev ilə bir araya gəlib

Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Sani Özbəkistana işgüzar səfər edib. O, Özbəkistanın paytaxtı Daşkənddə Prezident Şavkat Mirziyoyev ilə bir araya gəlib.

Bu barədə, Qətər Əmirlik Adminstrasiyası tərəfindən məlumat verilib. Bildirilib ki, Əl-Sani  və Prezident Ş.Mirziyoyev ikitərəfli əlaqələri və regional prosesləri müzakirə ediblər.

Görüş zamanı iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətləri, eləcə də bu əlaqələrin genişləndirilməsinə dair imkanlar nəzərdən keçirilib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edilir ki, keçirilən görüşdə Qətər Əmirini müşayiət edən rəsmi heyətin üzvləri və Özbəkistanın yüksəksəviyyəli rəsmiləri iştirak ediblər.

MƏNBƏ:TRT