TÜRKİYƏ
2 dəqiqə oxuma
Əminə Ərdoğan ABŞ-də Prezident R.T.Ərdoğanı müşayiət edəcək
Ölkənin birinci xanımı Ə.Ərdoğan iqlim, davamlı inkişaf və uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlər mövzularına həsr olunmuş iclaslarda iştirakçılara müraciət edəcək
Əminə Ərdoğan ABŞ-də Prezident R.T.Ərdoğanı müşayiət edəcək
Əminə Ərdoğan (AA)

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı, ölkənin birinci xanımı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslərdən ibarət Məşvərət Şurasının sədri Əminə Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək. Bu məqsədlə Ə.Ərdoğan Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdə olan Prezident R.T.Ərdoğanı müşayiət edəcək.

Əminə Ərdoğan ABŞ-dəki proqramı çərçivəsində ilk olaraq iqtisadçı, professor Ceffri Saks (Jeffrey Sachs) ilə görüşəcək. O, daha sonra "Nyu-York İqlim Həftəsi 2026"nın açılış mərasiminə qatılacaq.

Ə.Ərdoğan tədbirdə "Gerçək sürətlənmə, konseptual transformasiya" başlıqlı ikinci hissənin açılış nitqini səsləndirəcək.

Qeyd edək ki, Ə.Ərdoğanın Nyu-York proqramına "Dünya İqtisadi Forumunun Davamlı İnkişaf Təsir İclasları" da daxildir.

 

"100 illik dostluq" tədbiri

Türkiyənin birinci xanımı Ə.Ərdoğan Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən BMT-nin Qərargahında təşkil olunacaq iclasa da qatılacaq. "Görünməz memarlıq: Uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulması – Beynəlxalq standartların və ortaq məsuliyyətin inkişaf etdirilməsi" başlıqlı bu toplantıda o, nitq ilə çıxış edəcək.

Bu proqram Əminə Ərdoğanın himayəsi ilə BMT Baş Assambleyasının 81-ci sessiyasının çərçivəsində paralel tədbir kimi keçiriləcək. O, buradakı çıxışında uşaqların rəqəmsal mühitdə qorunmasına dair müəyyənləşdirilən məsələləri və qiymətləndirmələri bölüşəcək.

Əminə Ərdoğan Prezident Rəcəb Tayyib Ərdoğan ilə birgə "100 illik dostluq: Türkiyə – Amerika Birləşmiş Ştatları Tədbiri"nə qatılacaq. O, həmçinin Prezident R.T.Ərdoğanın BMT Qərargahının Baş Assambleya Zalında dünyaya müraciət edəcəyi çıxışını izləyəcək.

Bundan əlavə, Ə.Ərdoğanın proqramına BMT Qərargahının Qəyyumluq Şurasının Zalında keçiriləcək "Beynəlxalq Energetika Agentliyi ilə Yüksək Səviyyəli Dialoq" proqramı da daxildir.

 

Liderlərin həyat yoldaşları ilə görüş

Əminə Ərdoğan ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın təşkil edəcəyi ziyafətdə dövlət və hökumət başçılarının həyat yoldaşları ilə bir araya gələcək.

Prezident R.T.Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Tramp cütlüyünün dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşlarının şərəfinə verəcəyi rəsmi ziyafətdə də iştirak edəcəklər.

Əminə Ərdoğan bəzi liderlərin həyat yoldaşları ilə "Türkevi" mərkəzində ikitərəfli görüşlər keçirəcək. Bu çərçivədə Ə.Ərdoğan Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın həyat yoldaşı Rosanjela Lula da Silva, Keniya Prezidenti Uilyam Samoei Rutonun həyat yoldaşı Reyçel Ruto və Syerra-Leone Prezidenti Culiuz Maada Bionun həyat yoldaşı Fatima Maada Bio ilə görüşəcək.

Həmçinin Prezident R.T.Ərdoğan və Əminə Ərdoğan Türkiyə-Amerika İstiqamətləndirmə Komitəsi (TASC), MÜSİAD və ABŞ Müsəlman Təşkilatları Şurası (USCMO) tərəfindən təşkil olunacaq tədbirə də qatılacaqlar.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə husilərin Məkkəyə PUA ilə hücum cəhdini qınayıb
Hakan Fidan Azərbaycana etdiyi səfərlə bağlı paylaşım edib
AKINCI PUA-sı hədəfi uğurla sıradan çıxarıb
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin XİN rəhbəri Hakan Fidanı qəbul edib
R.T. Ərdoğan:"Xalqımızı təhlükələrdən qoruyuruq"
Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək
Türkiyə XİN:'' Türkiyə hər zaman Kiprdəki türk xalqının hüquq və maraqlarını qoruyacaq''
Türkiyə və Azərbaycan enerji sahəsində üç böyük layihə həyata keçirməyi planlaşdırır
Yusuf Tekin: ''Məqsədimiz İƏİT ölkələri arasında ilk beşliyə daxil olmaqdır''
Türkiyə və İtaliya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Türkiyə süni intellekt sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir
Türkiyə XİN İdlibdəki partlayışla bağlı Suriya xalqına başsağlığı verdi
Türkiyədə ilk dəfə təşkil edilən "GITEX AI" tədbiri öz işinə başlayıb
Türkiyə husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
Türkiyə müdafiə sənayesindəki təcrübəsini mülki texnologiyalar sahəsində tətbiq etməyi planlaşdırır
Türkiyə XİN Mladiçin dəfn mərasimi ilə bağlı bəyanat yayıb
Murat Kurum:''Fəthiyədə böyük ekoloji layihə həyata keçiriləcək''
R.T.Ərdoğan Avropa çempionu olan Türkiyə millisini təbrik edib
İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider olub
R.T.Ərdoğan:''Türkiyə İran-ABŞ gərginliyinin sona çatması üçün səylər göstərir''