SİYASƏT
1 dəqiqə oxuma
D.Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etmək istəyir
ABŞ prezidenti bu qərarı Vaşinqton merinin ICE ilə əməkdaşlığı dayandırmasından sonra irəli sürüb
D.Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etmək istəyir
Donald Tramp / Reuters

Amerika prezidenti Donald Tramp sentyabrın 15-də (bu gün) bildirib ki, ölkə üzrə fövqəladə vəziyyət elan edə və Vaşinqtonu federallaşdıra bilər. Onun bu açıqlaması, şəhər meri Muriel Bouzerin polis idarəsinin Gömrük və Miqrasiya Xidmətləri (ICE) ilə əməkdaşlıq etməyəcəyini bildirməsindən sonra səslənib.

Müzakirənin mərkəzində ABŞ-a qanunsuz yollarla daxil olan və ya orada yaşayan şəxslərlə bağlı məlumatların toplanması dayanır. Analitiklər hesab edirlər ki, D.Trampın bu bəyanatı onun yenidən federal səlahiyyətləri aşdığını göstərir.

Xatırladaq ki, avqust ayında prezident D.Tramp paytaxta Milli Qvardiya bölmələrini yerləşdirmişdi. Ardınca minlərlə etirazçı küçələrə axın edərək etiraz aksiyası keçirib. D.Tramp həmin qərarı “qanun, nizam və ictimai təhlükəsizliyi bərpa etmək” məqsədilə aldığını bildirərək, şəhərdə artan cinayət səviyyəsini yük kimi dəyərləndirmişdi.

O, bu barədə “Truth Social” platformasında yazıb: “Sadəcə bir neçə həftə ərzində şəhər yenidən canlandı... On illərdən bəri ilk dəfə demək olar ki, HEÇ BİR CİNAYƏT YOXDUR!” Prezident D.Tramp həmçinin əlavə edib ki, “radikal sol demokratlar” M.Bouzerə ICE ilə əməkdaşlıq etməməsi üçün təzyiq göstəriblər.

Qeyd edək ki, ölkənin 50 ştatında da olan Milli Qvardiya öz əyalətlərinin qubernatorlarına tabedirlər. Lakin federal xidmətə çağırıldıqları halda birbaşa prezidentə bağlı olurlar. Təkcə Kolumbiya ştatının Milli Qvardiyası birbaşa prezidentə hesabat verir.

MƏNBƏ:TRT
Araşdırma
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"