TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinə səfər edib
Səfər Erdoğanın Çinə son beş ildəki ilk səfəridir və Ankara və Pekin arasında artan strateji əlaqələr fonunda baş verir
Prezident Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinə səfər edib
Ərdoğan Çinə səfər edib / AA

Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin sammitində iştirak etmək məqsədilə Çinin Tiencin şəhərinə səfər edib. 

Dövlət başçısı Ərdoğanı Pekin Beynəlxalq Hava Limanında Çin dövlət naziri Ley Hayçao, Türkiyənin Pekindəki səfiri Səlcuq Ünal və səfirlik rəsmiləri qarşılayıb. Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurasının Zirvə Görüşü çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinin liderlərin şərəfinə təşkil etdiyi şam yeməyində iştirak edəcək.

Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duranın daha əvvəl bildirdiyinə görə, sentyabrın 1-də geniş formatda keçiriləcək sammitdə çıxış edəcək prezident Ərdoğan 31 avqust - 1 sentyabr tarixləri arasında Çində bir sıra görüşlər keçirəcək.

Beş illik fasilədən sonra gerçəkləşən səfər Ankara ilə Pekin arasındakı strateji əlaqələrin getdikcə gücləndiyi bir dövrə təsadüf edir. Zirvə çərçivəsində prezident Ərdoğanın Çinin sədri Si Cinpin ilə yanaşı digər iştirakçı liderlərlə də ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Prezident Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, MİT-in sədri İbrahim Kalın, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək və milli müdafiə naziri Yaşar Gülər müşayiət edir.

Bundan əlavə, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, AK Partiya sədrinin müavini Halit Yerebakan, MHP sədrinin müavini İsmail Faruk Aksu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün və Prezidentin xüsusi müşaviri Həsən Doğan da heyətdə yer alıb.

ŞƏT və Türkiyə

2001-ci ildə Çin, Rusiya və Orta Asiya ölkələri tərəfindən qurulan Şanxay Əməkdaşlıq Təşkilatının diqqət mərkəzində regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və terror mübarizə dayanır.

Tam üzvlər arasında Rusiya, Belarus, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan var. Təşkilat Hindistan və Pakistanın 2017-ci ildə, İranın 2023-cü ildə və Belarusun 2024-cü ildə qoşulması ilə tərkibinə dörd yeni üzv əlavə edib.

Türkiyə 2012-ci ildən bəri Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusunu daşıyır. Bu mövqeyi əldə edən ilk və yeganə NATO üzvü ölkə olan Türkiyənin bu addımı Ankaranın Qərblə müttəfiqlik əlaqələrini davam etdirərkən eyni zamanda Avrasiya regionu ilə daha güclü əlaqələr qurmaq iradəsini ortaya qoyur.

Prezident Ərdoğanın rəhbərliyi ilə Türkiyə, 2017-ci ildə ŞƏT Enerji Klubuna sədrlik edərək və Çin ilə Rusiya kimi kritik üzvlərlə ticarəti artıraraq təşkilatla əlaqələrini gücləndirib.

Sentiyabrın 1-nə qədər liman şəhəri Tiencində davam edəcək Şanxay Əməkdaşlıq Təşkilatı Zirvə Görüşü İkinci Dünya Müharibəsinin sona çatmasının 80-ci ildönümü münasibətilə paytaxt Pekində keçiriləcək böyük hərbi parad mərasimindən bir neçə gün əvvəl baş tutacaq.

Araşdırma
Prezident Ərdoğan Qurban bayramını Qəzza ilə həmrəylik müraciətilə təbrik etdi
Ərdoğan: "Türkiyə dünyada nadir rast gəlinən bir uğur hekayəsi yazır"
Türkiyə Ermənistana Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başlamasını alqışlayır
Türkiyə kəşfiyyatının Suriyada keçirdiyi əməliyyat nəticəsində 10 DEAŞ üzvü saxlanılıb
Prezident Ərdoğan: "Türkiyə "soyqırımı şəbəkələrinə" qarşı bəşəriyyəti müdafiə etməyə davam edəcək"
Ərdoğan Sudan Baş naziri İdrisə ölkəsinin suverenliyinə olan dəstəyini yenidən ifadə edib
Türkiyədə 15 yaşından kiçiklər üçün sosial media qadağasının vaxtı dəqiqləşdi
Türkiyə XİN: "Yunanıstan törətdiyi vəhşiliklərin üstünü örtməyə çalışır"
Türkiyə dövləti İsrailin beynəlxalq sularda "Qlobal Sumud" donanmasına müdaxiləsini pisləyib
Türkiyə dövləti Krım tatar və Çərkəz sürgünlərinin ildönümü ilə bağlı bəyanat yayıb
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı casusluq şəbəkəsini ifşa edib
Prezident R.T.Ərdoğan Yaxın Şərqdə sülh üçün İsrailin təxribatlara son qoymalı olduğunu bildirib
Prezident R.T.Ərdoğan kiber təhlükəsizlik sahəsində daha güclü koordinasiya çağırışı edib
Türkiyədən İraqın yeni hökumətinə dəstək vədi
Türkiyə dövləti Somalidəki hərbi mövcudluğu ilə bağlı iddialara açıqlama verib
Türkiyə BMT-də Yunanıstanın "Türkiyə boğazları" termininin istifadəsinə yönəlmiş etirazını rədd etdi
Türkiyə və Belçika Ankarada müdafiə, diplomatiya və ticarət əlaqələrini müzakirə etdilər
Türkiyə XİN rəhbəri H.Fidan Hörmüz boğazından "silah" kimi istifadə edilməməli olduğunu bildirib
Türkiyə XİN: Ermənistanla birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar tamamlanıb
Prezident Ərdoğan: "Geosiyasi inkişaflar Türkiyə-Aİ münasibətlərinin əhəmiyyətini bir daha göstərir"