DÜNYA
1 dəqiqə oxuma
Çin Böyük Britaniyanı sanksiyaları ləğv etməyə çağırdı
Çinin Böyük Britaniyadakı səfirliyinin sözçüsü bildirib ki, Çin bu sanksiyalara qəti şəkildə etiraz edir və rəsmi Londonu dərhal onları ləğv etməyə çağırdı.
Çin Böyük Britaniyanı sanksiyaları ləğv etməyə çağırdı
Çin Böyük Britaniyanı sanksiyaları ləğv etməyə çağırdı
17 oktyabr 2025

Çin Böyük Britaniyanın Rusiyanın enerji sektorunu dəstəkləyən və Moskvanın müdafiə sektoruna kritik avadanlıqlar tədarük edən 11 Çin şirkətinə sanksiya tətbiq etməsindən sonra sərt bəyanatlarla çıxış edib.

Çinin Böyük Britaniyadakı səfirliyinin sözçüsü bildirib ki, Çin bu sanksiyalara qəti şəkildə etiraz edir və rəsmi Londonu dərhal onları ləğv etməyə çağırdı.

Böyük Britaniya oktyabrın 15-də Ukraynadakı müharibə ilə bağlı Kremlə təzyiqi artırmaq məqsədilə Rusiya və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Böyük Britaniyanın Maliyyə Nazirliyinin rəsmisi Raşel Reves qeyd edib ki, hökumət Rusiya neftinin qlobal bazarlara axınını asanlaşdıran Hindistan və Çin şirkətlərinə qarşı “məqsədli” tədbirlər həyata keçirir.

Rəsmi Pekin isə Böyük Britaniyanın sanksiyalarını beynəlxalq hüquqa əsaslanmayan birtərəfli tədbirlər kimi qiymətləndirib.

Səfirliyin sözçüsü vurğulayıb ki, bu sanksiyalar Çin şirkətlərinin qanuni hüquq və maraqlarına ciddi zərər vurur.

“Ukrayna böhranı zamanı Çin obyektiv və qərəzsiz mövqe nümayiş etdirib, sülh danışıqlarını təşviq edib, ikili təyinatlı malların ixracına isə qanun və qaydalara uyğun ciddi nəzarət edib’’,-deyə səfirliyin sözçüsü qeyd edib.

Səfirlik həmçinin rəsmi Pekinin ittiham və qarayaxma cəhdlərini qəti şəkildə rədd etdiyini bəyan edib.

Sözçü həmçinin deyib: “Biz Böyük Britaniyanı səhvini dərhal düzəltməyə və Çinin müvafiq qurumlarına qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə çağırırıq. Çinin maraqlarına zərər verən hər hansı bir addıma qətiyyətlə cavab veriləcək’’.

Araşdırma
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb