ABŞ Prezidenti Donald Tramp "Fox" kanalına verdiyi müsahibədə İranın tələbləri qəbul etməməsi halında ölkəni havaya uçurmaqla hədələyib
Donald Tramp qarşısındakı seçimlər arasında İranı tamamilə yox etmək, iqtisadi cəhətdən çökməyə tərk etmək və ya bir razılaşma əldə etməyin olduğunu ifadə edib.
Bu bəyanatlar Tehran rəhbərliyinin “ABŞ-nin və ya Yaxın Şərqdəki bir ölkənin səhv edəcəyi təqdirdə ağır zərbələrlə hədəf alınacağını” bəyan etməsindən dərhal sonra gəlib.
Bundan sonra, ABŞ dövlət departamenti regiondakı amerikalılar üçün təhlükəsizlik xəbərdarlığı yayımlayıb.
İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Muhibbi isə qatıldığı televiziya proqramında gündəmdəki məsələlərlə bağlı açıqlamalar verərkən ABŞ-nin ölkəsinə yönəlik ehtimal olunan yeni hücumuna münasibət bildirib. O, "Əgər yeni bir hücum olarsa, müdafiəmiz və hücumlarımız ciddi şəkildə dəyişəcək. Yeni bir hücum baş verərsə, silahların və müharibənin coğrafiyasını dəyişəcəyik. Yeni imkanlarla təchiz edilmiş yeni silahları meydana çıxaracağıq və dünya təəccüb içində qalacaq. Artıq yeni hədəflərimiz var. Hələ zərbə endirmədiyimiz yeni hədəflər müəyyənləşdirmişik", — deyə qeyd edib.


















