SİYASƏT
1 dəqiqə oxuma
Cənubi Koreya Şimali Koreyanın nüvə proqramına qarşı qətiyyətli tədbirlər görməyə çağırıb
Cənubi Koreya rəsmiləri rəsmi Pxenyanın fəaliyyətini qlobal nüvə silahlarının yayılmaması sisteminə ən ciddi təhdid kimi qiymətləndiriblər
Cənubi Koreya Şimali Koreyanın nüvə proqramına qarşı qətiyyətli tədbirlər görməyə çağırıb
Cənubi Koreya Şimali Koreyanın nüvə proqramına qarşı qətiyyətli tədbirlər görməyə çağırıb / AP

"Yonhap" xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya beynəlxalq ictimaiyyəti Şimali Koreyanın nüvə proqramına qarşı qətiyyətli tədbirlər görməyə çağırıb. Cənubi Koreya rəsmiləri rəsmi Pxenyanın fəaliyyətini qlobal nüvə silahlarının yayılmaması sisteminə ən ciddi təhdid kimi qiymətləndiriblər.

Nyu-Yorkda keçirilən Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə konfransda çıxış edən Cənubi Koreya xarici işlər nazirinin müavini Çonq Yeonq Du Şimali Koreyanın nüvə silahı hazırlamaq cəhdlərinin ciddi problem yaratdığını vurğulayıb. Nazir müavini bildirib ki, Şimali Koreya bu müqavilənin verdiyi üstünlüklərdən istifadə etdikdən sonra ondan çıxdığını deyən və nüvə proqramını açıq şəkildə davam etdirən yeganə ölkədir.

Çonq Yeonq Du beynəlxalq ictimaiyyəti Pxenyana qarşı birgə addım atmağa və vahid mövqe nümayiş etdirməyə çağırıb. O bildirib ki, Şimali Koreyanın təhlükəsizliyi və iqtisadi gələcəyi yalnız onun beynəlxalq müqavilə şərtlərinə qayıtmasından asılıdır.

Rusiya məsələsinə də toxunan nazir müavini Moskvanı Pxenyanla hərbi əməkdaşlığı dayandırmağa çağırıb. O, bu cür əməkdaşlığın BMT Təhlükəsizlik Şurasının qətnamələrini kobud şəkildə pozduğunu və qlobal təhlükəsizlik rejiminə zərbə vurduğunu deyib.

Qeyd edək ki, 1970-ci ildə qüvvəyə minmiş NPT nüvə silahlarının yayılmasının qarşısını almaq və dinc məqsədli nüvə enerjisindən istifadəni təşviq etmək məqsədi daşıyan əsas qlobal sənəddir. Müqavilənin icrasını qiymətləndirmək üçün hər beş ildən bir beynəlxalq konfrans keçirilir.

Araşdırma
Rusiya Ukraynın paytaxtından xarici diplomatları təxliyə etməyə çağırıb
Pakistan ABŞ-İran danışıqlarının ikinci mərhələsinə hazırlaşır
Tramp Hörmüz boğazındakı “Azadlıq Layihəsi”ni dayandırdı
Kuba XİN rəhbəri: "ABŞ ölkəmizə qarşı iqtisadi müharibə aparır"
ABŞ 373 milyon dollarlıq bomba paketi ilə Ukraynanın hərbi gücünü artırmağı planlaşdırır
İran Parlamentinin sədri: "Hörmüz boğazında yeni tənlik formalaşır"
İ.Əliyev:''Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə mane olur''
İran ABŞ hərbi gəmisini vurduğunu iddia edir
A.Kosta: ''Cənubi Qafqazdakı yeni siyasi reallıqlar sülh və inkişaf üçün strateji imkanlar yaradır"
İran ABŞ-nin Hörmüz boğazı ilə bağlı planlarına sərt reaksiya verdi
Merts: "Əsgər sayının azaldılmasına baxmayaraq, ABŞ Almaniyanın "ən vacib tərəfdaşı" olaraq qalır"
ABŞ Hörmüz boğazında 'Azadlıq layihəsi'nə start verib
İran ABŞ-yə iki seçim təklif etdi
İran dövləti ABŞ-a müharibələri dayandırması üçün 1 ay vaxt verdi
Bəndər əl-Xureyf:"Türkiyə strateji tərəfdaşımızdır"
M.Xamenei:''Bölgənin gələcəyi ABŞ-ın iştirakı olmadan formalaşacaq"
Trampa İrana qarşı mümkün hücumlarla bağlı hərbi brifinq veriləcək
ABŞ-nin ən böyük aviadaşıyıcısı bir neçə gündən sonra Yaxın Şərqi tərk edəcək
Möhsün Rzayi İran limanlarına tətbiq edilən mühasirəni  uğursuz adlandırıb
İsrail Livana xəbərdarlıq edib