Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla birlikdə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan V. Zelenski ABŞ lideri ilə ikitərəfli görüşdən sonra mətbuat konfransı keçirib. Donald Trampla görüşü barədə məlumat verən Ukrayna prezidenti iki ölkə arasındakı müharibənin mümkün qədər tez bitməli olduğunu vurğulayıb.
2022-ci ilin fevralından bəri davam edən müharibəyə son qoymaq üçün liderlərin bir araya gəlməsinin vacibliyini qeyd edən V. Zelenski Trampın ABŞ, Rusiya və Ukrayna liderlərinin üçtərəfli görüşünün təşkili üçün səy göstərə biləcəyini bildirib.
"Mən üçtərəfli görüşə hazıram, amma düşünmürəm ki, Putin buna hazır deyil. O, müharibəni bitirməyə hazır deyil’’,-deyə V. Zelenski qeyd edib.
V. Zelenski görüşdə enerji infrastrukturuna hücumların dayandırılması məsələsinin müzakirə olunduğunu bildirib. O qeyd edib ki, əgər Rusiya enerji infrastrukturunu hədəf almasa, Ukrayna bu atəşkəsə hazırdır və bununla bağlı təkliflər ABŞ vasitəsilə Rusiyaya çatdırılacaq.
V. Zelenski həmçinin "Patriot" hava hücumundan müdafiə sistemləri ilə bağlı ABŞ rəsmiləri ilə danışıqların davam etdiyini vurğulayıb.























