DÜNYA
2 dəqiqə oxuma
Litva Belarusla sərhədini qeyri-müəyyən müddətə bağlayacaq
Bu barədə ölkənin Baş naziri İnqa Ruqinene açıqlama verib
Litva Belarusla sərhədini qeyri-müəyyən müddətə bağlayacaq
Litva Belarusla sərhədini qeyri-müəyyən müddətə bağlayacaq
27 oktyabr 2025

Oktyabrın 27-də Litvanın Baş naziri İnqa Ruqinene ölkənin Belarusla sərhədini qeyri-müəyyən müddətə bağlamaq və hava məkanını pozan şarları vurmaq planlarını açıqlayıb.

Vilnüs Hava Limanında son günlərdə müşahidə olunan şarların uçuşlara mane olması səbəbindən hava limanının fəaliyyəti dayandırılıb. Məlumata görə, İnqa Ruqinene bu səbəbdən Milli Təhlükəsizlik Komissiyasının təcili iclasını çağırıb. İclasda hökumətin gələcək addımlarını müəyyən edən “aydın alqoritm” təqdim olunub.

LRT nəşrinin məlumatına görə, İnqa Ruqinene hökumətin müəyyən istisnalar olmaqla Belarusla sərhədi qeyri-müəyyən müddətə bağlamaq qərarı üzərində işlədiyini təsdiqləyib.

“Diplomatlar və diplomatik poçtların hərəkətinə icazə veriləcək. Aİ vətəndaşları da Belarusdan ölkəmizə daxil ola biləcəklər. Lakin bütün digər keçidlər bağlanacaq. Beləliklə, Belarusa burada heç bir hibrid hücumun baş verməsinə imkan verilməyəcəyini və bu cür hücumların qarşısını almaq üçün ən sərt tədbirlərin görüləcəyini bildiririk”, – deyə Baş nazir vurğulayıb.

O, həmçinin bildirib ki, hərbçilər hava məkanına daxil olan şarları zərərsizləşdirmək üçün kinetik vasitələrdən istifadə etməklə bütün zəruri tədbirləri görəcəklər.

İ.Ruqinene deyib: ‘‘Müttəfiqlərimiz və qonşularımız – Polşa və Latviya ilə fəal şəkildə məsləhətləşmələr aparırıq. Atdığımız hər addımı onlarla əlaqələndiririk. Biz tək dövlət deyilik – NATO və Aİ-nin bir hissəsiyik”.

Litvanın Böhran İdarəetmə Xidməti məlumat verib ki, yerli vaxtla saat 22:10-dan etibarən Belarusdan Litvaya doğru uçan şarların aşkarlanması səbəbindən Medininkai və Salçininkai sərhəd keçid məntəqələrində nəqliyyat vasitələrinin və insanların hərəkəti müvəqqəti dayandırılıb.

Vilnüs Hava Limanı da rəsmi ‘‘Facebook’’ səhifəsində Belarus istiqamətindən gələn şarların hava limanına yaxınlaşması səbəbindən hava nəqliyyatının müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

Araşdırma
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi