DÜNYA
2 dəqiqə oxuma
Sidneydə “Bondi” çimərliyində silahlı hücum yaşanıb: 12 nəfər həlak olub
Hadisə son illərdə ölkədə baş verən ən qanlı hadisələrdən biri kimi qiymətləndirilir
Sidneydə “Bondi” çimərliyində silahlı hücum yaşanıb: 12 nəfər həlak olub
Sidneydə “Bondi” çimərliyində silahlı hücum yaşanıb: 12 nəfər həlak olub / AP

Avstraliyanın ən məşhur çimərliklərindən biri olan “Bondi” çimərliyində silahlı hücum hadisəsi baş verib. Nəticədə təxminən 12 nəfər həyatını itirib. Avstraliya rəsmiləri və yerli media orqanları dekabrın 14-də (bu gün) Sidneydə qeydə alınan kütləvi silahlı hücum zamanı bir neçə nəfərin də yaralandığını bildirib.

Yeni Cənubi Uels Polisi sahilyanı ərazidə silah səslərinin eşidilməsindən sonra bir neçə ölüm faktını təsdiqləyib və iki şübhəlinin saxlanıldığını açıqlayıb. Avstraliya Yayım Korporasiyası ABC iki ehtimal olunan silahlı şəxsdən birinin polis tərəfindən zərərsizləşdirildiyini, ikinci şübhəlinin isə saxlanıldığını və vəziyyətinin kritik olduğunu bildirib. Yeni Cənubi Uels ştatının Baş naziri Kris Minns hadisə ilə bağlı qısa bir açıqlama verərək deyib: “(Bondi) çimərliyinə edilən hücum nəticəsində 12 nəfər həlak olub.”

Polis daha əvvəl 10 nəfərin öldüyünü təsdiqləmişdi, lakin qurbanların şəxsiyyəti və hücuma səbəb olan hallar barədə dərhal əlavə məlumat verilməmişdi. Təcili tibbi xidmətlər hücumdan sonra təxminən 13 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Yaralananların vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.

Avstraliyanın Baş naziri Entoni Albanizi hücumu “şokedici və son dərəcə kədərli” hadisə kimi qiymətləndirib, polis və fövqəladə hallara müdaxilə qruplarının insanların xilas edilməsi üçün ərazidə fəaliyyət göstərdiyini bildirib. E.Albanizi deyib: “Zərər çəkmiş hər kəslə həmrəyik və bölgədə olan vətəndaşları Yeni Cənubi Uels Polisinin rəsmi göstərişlərinə əməl etməyə çağırıram.”

Polis əməliyyat davam etdiyi müddətdə əhalini hadisə yerindən uzaq durmağa və təhlükəsiz yerlərə sığınmağa çağırıb. Hadisənin şahidi olan britaniyalı turist Timoti Brant-Kouls AFP-yə açıqlamasında ərazidə iki silahlı şəxsi gördüyünü bildirərək deyib: “Silahlı hücum baş verdi, qara geyimli, yarı avtomatik tüfənglə silahlanmış iki hücumçu var idi.”

Avstraliyanın ən simvolik turistik məkanlarından biri sayılan, xüsusilə həftə sonları üzgüçülər, sörfçülər və turistlərlə dolu olan “Bondi” çimərliyi ölkənin ən böyük şəhəri Sidneynin şərq hissəsində yerləşir. Rəsmilər vəziyyətin nəzarət altına alındığını, lakin istintaqın davam etdiyini və əlavə məlumatların açıqlanacağını bildiriblər.

MƏNBƏ:TRT
Araşdırma
Rusiya: Ukraynada logistika mərkəzlərini, limanları və gəmiləri vurduq
Hələbdə hərbi ərazidə baş verən partlayışlarda 4 nəfər xəsarət alıb
İran İnqilab Keşikçiləri: Hörmüz boğazında MQ-1 PUA-sı vuruldu
Pakistanda məscid yaxınlığında partlayış olub, 15 nəfər ölüb
İran İslam İnqilabı Keşikçiləri Korpusu Toqo bayrağı altında üzən neft tankerinə hücum edib
ABŞ nümayəndələrinin Omanda husilərlə görüşdüyü irəli sürülüb
İsrail və Mərakeş diplomatik əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər
ABŞ Fələstin dövlət başçısı Mahmud Abbasın viza müraciətini rədd edib
İran Qeşm adası üzərində ABŞ-yə məxsus PUA-nı məhv etdiyini açıqlayıb
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib
ABŞ kosmosa silah yerləşdirdiyini ilk dəfə təsdiqlədi
Rusiya Ukraynaya ağır zərbələr endirib
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib
Pentaqon:’’İrana qarşı  müharibə ABŞ-nin sursat ehtiyatlarını tükədib’’
İsrail qüvvələri iki fələstinlini daha qətlə yetirdi
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktora çevirib''
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər
Səudiyyə Ərəbistanı ''Şərq-Qərb'' neft kəmərinin hədəf alındığını açıqladı