Yəmənli Nobel Sülh Mükafatı laureatının BMT-də çıxışına icazə verilmədi
Dünya
Yəmənli Nobel Sülh Mükafatı laureatının BMT-də çıxışına icazə verilmədi
2011-ci il Nobel Sülh Mükafatını bölüşən Karman çatdırmaq istədiyi əsas mesajı Şura zalının xaricində BMT mətbuatına ötürdü

 2011-ci il Nobel Sülh Mükafatı laureatı yəmənli Təvəkkül Karman Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) çıxışının əngəlləndiyini bildirərək, "Bəzi hökumətlər müstəqil və azad səsləri eşitmək istəmədi" dedi.

2011-ci il Nobel Sülh Mükafatını bölüşən Karman çatdırmaq istədiyi əsas mesajı Şura zalının xaricində BMT mətbuatına ötürdü. Yəməndəki böhranın əsas səbəbinin "dövlətin süqutu" olduğunu vurğulayan Karman "birincidərəcəli məsuliyyətin" Husi üsyançılarının üzərində olduğunu ifadə etdi.

Karman bəyanatında bu fikirləri səsləndirdi: "Eyni zamanda beynəlxalq aləmdə tanınan hökumətin nümayiş etdirdiyi qeyri-kafi fəaliyyət, idarəetmə çatışmazlığı və daxili parçalanmalar dövlət idarələrini və qanunun aliliyini daha da zəiflətdi. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın müdaxiləsi və BƏƏ-nin müdaxilələri də beynəlxalq aləmdə tanınan hökuməti acizləşdirdi".

Karman "Yəmənlilər beynəlxalq ictimaiyyətdən öz gələcəklərini inşa etməsini istəmir. Yəmənlilər ölkələrini geri almaq və öz gələcəklərini qurmaq mübarizəsində beynəlxalq ictimaiyyətin onların yanında olmasını tələb edirlər" dedi.


Daha çox video
Qəzzalı Selinənin əlindən alınan uşaqlığı...
Fələstinli qadın ailəsinin evinə basqın zamanı İsrail əsgəri tərəfindən fiziki hücuma məruz qalıb
İsrail qüvvələri fələstinli ailənin evini dağıdıb
Britaniya polisi Fələstin tərəfdarı olan yəhudi qadını saxladı
Husilərin Səudiyyə Ərəbistanına hücumlarından sonra Məkkə Müdafiə Sazişi aktivləşdirildi
Donald Tramp İranın Kaliforniyanı bombalaya biləcəyi barədə zarafat edib
Rusiya əsgəri hava hücumundan müdafiə sistemi ilə neft obyektinin yaxınlığındakı PUA-nı məhv edib
Paraqvayda qoz böyüklüyündə dolu düşüb
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilindəki İbrahim məscidində rəqs ediblər
Rusiya ordusu Ukraynadakı körpüyə PUA hücumu edib