Fələstinlilər yardım çağırışı üçün çadırlarını yandırır
00:32
Dünya
Fələstinlilər yardım çağırışı üçün çadırlarını yandırır
“Onlar bizi yandırmadan, biz öz çadırlarımızı yandırırıq” şüarı ilə etirazçılar daha çox yardım çağırışı edərək İsrailin atəşkəs pozuntularını pisləyiblər

Qəzza şəhərinin cənub-şərqində məcburi köçkün düşmüş fələstinlilər pisləşən yaşayış şəraiti və İsrailin razılaşdırılmış atəşkəsi dəfələrlə pozmasına yönəlmiş artan qəzəbi əks etdirən etiraz aksiyası olaraq öz çadırlarını yandırıblar.

Etirazlar aprelin 30-da Zeytun məhəlləsində yerləşən “Dar əs-Salam” düşərgəsində “Onlar bizi yandırmadan, biz öz çadırlarımızı yandırırıq” şüarı altında keçirilib. Aksiyada uşaqlar da daxil olmaqla onlarla düşərgə sakini təcili müdafiə çağırışı edib.

Aksiya iştirakçıları su və əsas ehtiyac mallarında ciddi çatışmazlığı əsas gətirərək düşərgəni İsrail atəşindən qorumaq üçün torpaqdan baryerlərin inşa edilməsini və əsas humanitar yardımın təmin olunmasını tələb ediblər.

İştirakçılardan biri olan məcburi köçkün Əsma Arhim deyib: “Bu çadırlar artıq təhlükəsizlik və ya ləyaqətli həyat təmin etmir.” O, həmçinin çadırların yandırılmasını qəzəbin simvolik ifadəsi olduğunu qeyd edib.

Daha çox video
Husilərin Yəməndə Prezident Sarayına raket zərbələri nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
Tramp Netanyahu haqqında deyib: "Siyasət dünyasında heç kimə etibar etmirəm"
Minlərlə konteyner daşıyan gəmi mərmilə vurulduqdan sonra Hörmüz boğazı yaxınlığında batıb
İşğal altındakı İordan çayının qərb sahilində qanunsuz israilli məskunlaşanlar məscidi yandırblar
Hersoq çıxış etməyə başlayanda, nazir Hakan Fidan daxil olmaqla 10 ölkə nümayəndəsi zalı tərk etdi
Modi Hindistanı "demokratiyanın ana vətəni" kimi səciyyələndirib
Qanunsuz yəhudi məskunlaşanlar fələstinlilərə məxsus ağaclardan zeytin oğurlayıblar
İsrailin Qəzzaya hücumlardan sonra jurnalistlər yanan evdə qalan azyaşlı qızı xilas ediblər
İsrailli kişi Fələstin tərəfdarı etirazçılara və Nyu-York polisinə sataşdı
Fransada mağazaların soyutma sistemlərinə kiberhücum edilib