ABŞ İrana məxsus 5 neft tankerinə zərbə endirib, İran isə İordaniyaya hücum edib
Dünya
ABŞ İrana məxsus 5 neft tankerinə zərbə endirib, İran isə İordaniyaya hücum edib
ABŞ öz hərbi gəmilərinə edilən son hücumlara cavab olaraq çərşənbə axşamı İrana məxsus 5 neft tankerini məhv etdiyini açıqlayıb

ABŞ öz hərbi gəmilərinə edilən son hücumlara cavab olaraq çərşənbə axşamı İrana məxsus 5 neft tankerini məhv etdiyini açıqlayıb. Tehran isə cavab olaraq ABŞ-nin İordaniyadakı bazasına bir neçə ballistik raket zərbəsi endirib.

İordaniya mediasının yaydığı xəbərdə bildirilir ki, ölkənin hava hücumundan müdafiə sistemləri İran ərazisindən atılan 20 ballistik raketdən 18-ni zərərsizləşdirib. Havada məhv edilən raketlərin bəzisi Suriyanın Dəməşq şəhərindən də görünüb.

İranın IRNA xəbər agentliyi isə Tehranın Küveyt və Bəhreyn sahillərindəki neft tankerlərini hədəf alaraq qisas əməliyyatlarını davam etdirəcəyini bəyan edib və heyət üzvlərinə gəmiləri tərk etmək barədə xəbərdarlıq edib. İran hər iki ölkəni ABŞ qüvvələrinə ev sahibliyi etməkdə və hücumlar zamanı onlara şərait yaratmaqda təqsirləndirib.


Daha çox video
Minlərlə şəxs Fələstinə dəstək üçün Londonun mərkəzində yürüş etdi
Ukraynalı bir şəxs Rusiyaya məxsus PUA hücumundan möcüzəvi şəkildə xilas oldu
Rusiya ordusu Ukraynada mülki yaşayış binalarına aviazərbələr endirib
Panamada 7,7 bal gücündə zəlzələ baş verib
ICE əməkdaşı Nyu-Yorkda saxlanılma zamanı bir şəxsə yeddi dəfə atəş açaraq qətlə yetirib
İsrail qüvvələri Qəzzada beş nəfəri qətlə yetirdi
Şilidə baş verən qəfil daşqın maşınları yuyub apardı
İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdə 70 fələstinlinin yaşadığı binanı söküb
Etirazçılar hərbi xidmətə çağırışla bağlı Qüdsdə polislə toqquşublar
İsrail əsgərləri 65 yaşlı fələstinli qadını döyüblər