İsraildə ərəb partiyaları tarixi qələbələrini qeyd edirlər
Siyasət
İsraildə ərəb partiyaları tarixi qələbələrini qeyd edirlər
İsraildə oktyabrın 27-də keçirilən kritik ümumi seçkilərdən sonra açıqlanan ilkin “exit-poll” nəticələr tərəfdarlarının güclü fəallıq göstərdiyi ərəb partiyaları üçün tarixi qələbəyə işarə etdi

İsraildə oktyabrın 27-də keçirilən kritik ümumi seçkilərdən sonra açıqlanan ilkin “exit-poll” nəticələr tərəfdarlarının güclü fəallıq göstərdiyi ərəb partiyaları üçün tarixi tarixi qələbəyə işarə etdi. Aparıcı İsrail televiziya kanalları tərəfindən dərc edilən “exit-poll” nəticələrinə görə, iki ərəb siyasi siyahısının 120 yerlik parlamentdə cəmi 17-18 yer qazanacağı proqnozlaşdırılır. Bu, 2022-ci il seçkilərində əldə edilən 10 yerdən çoxdur.

Nəticələr elan edilərkən çoxsaylı ərəb partiyalarının birliyi olan "Birgə Siyahı"nın seçki qərargahı fit və alqışlarla əks-səda verdi, "Ra'am Partiyası"nın tərəfdarları da qələbələrini qeyd etdilər.

"The Jerusalem Post" qəzetinin məlumatına görə, "Channel 12" tərəfindən dərc edilən "exit-poll" "Ra'am Partiyası"nın yeddi, "Birgə Siyahı"nın isə 11 yer qazanacağını proqnozlaşdırdı.

İlkin nəticələr İsrail seçiciləri arasında Netanyahuya qarşı güclü bir əks-səda doğurduğunu göstərdi. "Exit-poll" Netanyahunun rəqiblərinin yeni parlamentdə çoxluğu az fərqlə əldə edə biləcəyini ortaya qoydu. Lakin, fərqli siyasi meyllərə malik müxalifət partiyalarının hökumət qura biləcəyi qeyri-müəyyən olaraq qalır. Hökumətin formalaşdırılması prosesi həftələrlə danışıqlar tələb edə bilər.

Daha çox video
İsrailin Nasser xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində azı altı fələstinli həyatını itirib
Amerikalı senator B.Şats İsraili Qəzzaya humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıb
Palau Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla selfi çəkdirib
İsrail Hərbi Dəniz Qüvvələri Qəzza sahillərində fələstinli balıqçılara atəş açıb
Yelisey sarayında rəsmi qarşılanma zamanı fəxri qarovulun bir üzvü huşunu itirib
Antalyada COP31 sammiti çərçivəsində dron şousu keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 sammitində çıxış edib
Fələstinli bir şəxs İsrailin törətdiyi hava hücumunu lentə aldı
BMT Baş katibi A.Quterreş "Sıfır tullantı" layihəsinə görə Ə.Ərdoğana təşəkkür edib
Lyuis Hamilton Rəfah sərhəd-keçid məntəqəsinə baş çəkib