Türkiyə avqustun 30-da Şimal Kıbrısi (Kipr) Türk Cümhuriyyəti sahillərində özəl şirkətə məxsus FILOJET adlı sərnişin gəmisinin batması və ən azı səkkiz nəfərin həyatını itirməsindən sonra həyata keçirilən genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına dəstək verir.
Prezident Rəcəb Tayyib Ərdoğan başsağlığı verərək Türkiyənin davam edən xilasetmə işlərinə dəstək göstərdiyini bildirib.
259 sərnişin və səkkiz heyət üzvü daşıyan bərə Girnədən Türkiyənin Mersin vilayətindəki Taşucu limanına yola düşdükdən qısa müddət sonra su almağa başlayıb. Hadisənin səbəbi ilə bağlı araşdırmalar davam edir.