267 nəfəri daşıyan sərnişin gəmisi Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətindəki Girnə limanından ayrıldıqdan qısa müddət sonra su almağa başlayıb. Kapitanın kömək çağırışından sonra xilasetmə qrupları hadisə yerinə cəlb olunub.
Avadanlıq və nəqliyyat naziri Erhan Arıklı gəmidə 259 sərnişin və səkkiz heyət üzvünün olduğunu bildirərək, hadisənin səbəbinin hələlik müəyyən edilmədiyini deyib.