Senator B.Sanders 2026-cı ilin aprel ayında Qəzza və Livanda istifadə olunan bombalar, həmçinin işğal altındakı İordan çayının qərb sahilində evlərin sökülməsində rol oynayan buldozerlər də daxil olmaqla, İsrailə ediləcək təxminən yarım milyard dollarlıq silah yardımının dayandırılması üçün Konqresi səsverməyə məcbur etmişdi.
Lakin Fələstin tərəfdarları B.Sandersi kəskin şəkildə tənqid edirlər. Buna səbəb onun İsrail qüvvələrinin Qəzzada törətdikləri qırğınları "soyqırım" adlandırmaq üçün təxminən iki il gözlənilməsini və silah tədarükünə qarşı çıxarkən bəzi hərbi sursatları bu çərçivədən çıxarılmasını tələb etməsidir.