İsrailli əsgərlər fələstinli fermerlərin zeytunlarını oğurlayır
00:20
Dünya
İsrailli əsgərlər fələstinli fermerlərin zeytunlarını oğurlayır
İsrailli əsgərlər fələstinli fermerləri öz torpaqlarından qovub, zeytunlarını oğurlayıblar
3 noyabr 2025

İordan çayının Qərb sahilində yerləşən Ramallah şəhərinin şimalındakı Sincil qəsəbəsində İsrail əsgərləri fələstinli kəndliləri zorla zeytun bağlarından çıxarıb, ərazini “qapalı hərbi zona” elan ediblər. Daha sonra isə həmin zeytunları özləri yığıblar. Yerli sakinlərin bildirdiyinə görə, zeytun yığım mövsümündə bu kimi hadisələr getdikcə daha da artmaqdadır. Fələstinli fermerlər öz torpaqlarında həm qeyri qanuni israilli məskunlaşanların, həm də əsgərlərin təzyiqləri ilə qarşılaşırlar. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) məlumatına əsasən, bu ilki zeytun yığım mövsümü 2020-ci ildən bəri işğal altındakı İordan çayının Qərb sahilində ən çox qeyri qanuni şəkildə məskunlaşan israillilərin hücumlarının qeydə alındığı dövr olub. Qurumun statistikasına görə, 70 qəsəbə və kənddə ümumilikdə 126 hücum baş verib, 4 minə yaxın zeytun ağacı məhv edilib.

Daha çox video
Hələbli həkim Omran Dakniş Əsəd rejiminin süquta uğramasının ildönümü ərəfəsində danışdı
İsrail qüvvələri Nablus şəhərində yüzlərlə zeytun ağacını kökündən çıxarıb
İspaniyanın yayım quruluşu RTVE “Avroviziya”dan çəkildi
İsrail polisi BMT bayrağının yerinə İsrail bayrağını asıb
Fələstinli uşaqlar dağıntılar arasında oynayır
Suriyalılar Londonda azadlığın bir illiyini qeyd etdilər
Təhlükəsizlik kamerası İsrail qüvvələrinin fələstinli sanitar işçini öldürdüyü anı lentə alıb
Çində keçirilən şou zamanı ayı baxıcısına hücum etdi
Kino ümumi insanlığımıza səslənir
"Atatürk evi" yenidən ziyarətə açıldı