Təyyarənin qanadında dünya rekordu
Dünya
Təyyarənin qanadında dünya rekordu
Böyük Britaniyada 97 yaşlı Betti Bromıc uçan təyyarənin qanadı üzərində gəzən ən yaşlı qadın oldu

Böyük Britaniyada 97 yaşlı Betti Bromıc uçan təyyarənin qanadı üzərində gəzən ən yaşlı qadın olub və bununla da özünün Ginnes rekordunu qırıb. Son on ildə o, artıq altı belə uçuş həyata keçirib. Onun yaşı bunun üçün maneə təşkil etmir.

Betti Bromic “wing walking” – uçuş zamanı təyyarənin qanadı üzərində dayanmaq üzrə Ginnesin Rekordlar Kitabında dünyanın ən yaşlı qadını kimi öz rekordunu yeniləyib. O, bu rekordu ilk dəfə dörd il əvvəl müəyyənləşdirmişdi.

97 yaşlı qadının budəfəki uçuşu həm də xeyriyyə məqsədi daşıyıb. Aksiya vasitəsilə Çeltenham xəstəxanasının insult şöbəsi üçün vəsait toplanıb. Betti Bromic özü də 2025-ci ildə insult keçirdikdən sonra məhz həmin xəstəxanada müalicə olunub.

Yaşına baxmayaraq, ekstremal uçuşlardan çəkinməyən qadın son 10 ildə artıq altı dəfə təyyarənin qanadı üzərinə çıxıb.

Daha çox video
Antalyada 40 mindən çox "Caretta caretta" balası dənizə qovuşub
Ukrayna kəşfiyyatı və təhlükəsizlik xidmətinin əməkdaşları arasında silahlı insident yaşanıb
Yunanıstan nə üçün İsrail silahlarına milyardlarla dollar xərcləyir?
Nepalda ordu çay üzərində müvəqqəti kanat yolu istifadəyə verdi
Mobil kino Qəzzada köçkün düşmüş uşaqlara cizgi filmləri nümayiş etdirir
Görüntülərdə bir təyyarənin havada polis helikopteri ilə toqquşduğu görünür
İsrail fələstinlilərə məxsus zeytun ağaclarını məhv edir
ABŞ İrandakı toy mərasiminə hücum edib
ABŞ-də polis əməkdaşı saxlanılan qaradərili şəxsi saçından tutaraq yumruqlayıb
Hindistan rəsmiləri yolun genişləndirilməsi bəhanəsilə məscidi dağıdıblar