Bütün dünyanın diqqəti 2026-cı il Dünya Çempionatına yönəldiyi bir vaxtda, İsrail mühasirə altındakı Qəzzaya zərbələr endirməyə davam edir. Məlumata görə, bu həftə Qəzza zolağında çox sayda hərbi cinayyət törədilib.
İyulun 2-də İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Nuseyrat qaçqın düşərgəsində bir motosikleti hədəf alıb. Hücum nəticəsində biri ağır olmaqla 7 fələstinli yaralanıb. Çərşənbə günü isə İsrailə məxsus PUA Ömər əl-Muxtar küçəsində mülki bir avtomobilə iki raket zərbəsi endirib. Həmin gün Əsda bölgəsində 3 fələstinli üçün dəfn mərasimi keçirilib.