Hindistan polisi müxalifət liderini və deputatları iki gün ərzində üç dəfə saxlayıb
Dünya
Hindistan polisi müxalifət liderini və deputatları iki gün ərzində üç dəfə saxlayıb
Hindistan polisi çərşənbə günü müxalifət lideri Rahul Qandi və çox sayda deputatı iki gün ərzində üç dəfə saxlayıb

Hindistan polisi çərşənbə günü müxalifət lideri Rahul Qandi və çox sayda deputatı iki gün ərzində üç dəfə saxlayıb. Qandi və deputatlar seçici siyahılarındakı mübahisəli dəyişikliyə görə Seçki Komissiyasının sədrinin istefasını tələb edən etiraz aksiyası keçirmişdilər.

"Indian Express" qəzetinin ötən ay Seçki Komissiyasının seçici siyahılarının yenilənməsi məsələsində fikir ayrılığı yaşadığını və bunun komissiyanın bitərəfliyinə dair narahatlıqları artırdığını yazmasından sonra müxalifət partiyaları, onların tələbə qolları Seçki Komissiyasının sədri Gyanesh Kumarın istefası tələbi ilə demək olar ki, hər gün nümayişlər keçirirlər.

Etiraz aksiyası ‘‘Konqres’’ partiyasının Yeni Dehlinin mərkəzindəki bir restoranda deputatlar üçün təşkil etdiyi nahar toplantısından sonra başlayıb. Həmin restoran səlahiyyətlilərin nümayişlərə icazə verdiyi "Cantar Mantar" (Jantar Mantar) ərazisinin yaxınlığında yerləşir. 


Daha çox video
B.Netanyahu İsraili qınayan Avropa liderlərinə sərt reaksiya verdi
Roma Papası Leonun üzünə təsbeh atılıb
İsrail hərbçiləri uşaqlara gözyaşardıcı qazla müdaxilə etdi
Ermənistanda İctimai Televiziyanın efirində qonaqlar arasında dava düşüb
Kaliforniya sahillərində bir gənc dənizə düşmə təhlükəsi ilə üzləşib
Türkiyənin EJDERHA sistemi 51 pilotsuz uçuş aparatını saniyələr içində sıradan çıxardı
İtalyan rəssam Məryəm Ananın rəsminin altında fələstinlilərin çəkdikləri əziyyətləri ortaya qoyur
Minlərlə etirazçı yürüş üçün Paris küçələrinə axın etdi
Parisdə keçirilən yürüşdə polis gözyaşardıcı qazdan istifadə etdi
Fələstinli uşaqlar həlak olan anaları ilə vidalaşdılar