Texasda (ICE) əməkdaşı tərəfindən yaralanan venesuelalı şəxsin görüntüləri yayımlandı
Dünya
Texasda (ICE) əməkdaşı tərəfindən yaralanan venesuelalı şəxsin görüntüləri yayımlandı
Venesuellalı şəxs bədənində güllə olduğu halda xəstəxanadan çıxarılaraq dindirilmək üçün ICE deportasiya və saxlanma mərkəzinə köçürülüb

Hadisə şahidinin lentə aldığı video-görüntüdə 28 yaşlı venesuelalı miqrant Vilber Rafael Qarses Peres əks olunur. O, sentyabrın 20-də Texasın Ostin şəhərində ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) əməkdaşının atəş açması nəticəsində avtomobilinin içində yaralanıb. Qarses Peres xəstəxanaya çatdırılıb. Lakin vəkilinin bildirdiyinə görə, müvəkkili vurulduqdan dörd saat sonra güllə hələ də bədənində olduğu halda xəstəxanadan çıxarılıb. Daha sonra o, dindirilmək üçün Pirsol şəhərində yerləşən Cənubi Texas ICE deportasiya və saxlanma mərkəzinə köçürülüb. Vəkil həmçinin iddia edir ki, müvəkkilinə ağrıkəsici verilməyib və o, döşəmədə uzanmaq məcburiyyətində qalıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) verdiyi bəyanatda Qarses Peresin ABŞ-yə “qanunsuz daxil olmuş” “qanunsuz əcnəbi” olduğunu bildirib. Lakin vəkili müvəkkilinin “sığınacaq müraciəti etmək üçün sınaq proqramı çərçivəsində ölkəyə qanuni şəkildə daxil olduğunu və etibarlı iş icazəsinə sahib olduğunu” açıqlayıb.

Daha çox video
Minlərlə şəxs Fələstinə dəstək üçün Londonun mərkəzində yürüş etdi
Ukraynalı bir şəxs Rusiyaya məxsus PUA hücumundan möcüzəvi şəkildə xilas oldu
Rusiya ordusu Ukraynada mülki yaşayış binalarına aviazərbələr endirib
Panamada 7,7 bal gücündə zəlzələ baş verib
ICE əməkdaşı Nyu-Yorkda saxlanılma zamanı bir şəxsə yeddi dəfə atəş açaraq qətlə yetirib
İsrail qüvvələri Qəzzada beş nəfəri qətlə yetirdi
Şilidə baş verən qəfil daşqın maşınları yuyub apardı
İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdə 70 fələstinlinin yaşadığı binanı söküb
Etirazçılar hərbi xidmətə çağırışla bağlı Qüdsdə polislə toqquşublar
İsrail əsgərləri 65 yaşlı fələstinli qadını döyüblər