Liviya sahillərində qayıq aşıb, ikisi körpə olmaqla 53 miqrant ölüb və ya itkin düşüb
Son hadisə ilə birlikdə 2026-cı ildə bu marşrut üzərində ölən və ya itkin düşən miqrantların sayı ən azı 484 nəfərə çatıb
Beynəlxalq Miqrasiya Təşkilatı fevralın 9-da bildirib ki, 55 nəfəri daşıyan rezin qayığın Liviya sahillərində aşması nəticəsində iki körpə olmaqla 53 qeyri-qanuni miqrant ölüb və ya itkin düşüb.
Təşkilatın bəyanatına görə, qəzadan xilas olanların ifadələrinə görə qayıq cümə axşamı Zaviya limanından yola çıxmıb və cümə günü Zuvara yaxınlığında fırlanaraq aşıb.
Qeyd edək ki, Zaviya və Zuvara Liviyanın paytaxtı Tripolidən qərbdə yerləşən sahil şəhərləridir.
Təşkilat bildirib ki, Liviya səlahiyyətliləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatı zamanı yalnız iki nigeriyalı qadın xilas edilib. Sağ qalanlardan biri həyat yoldaşını, digəri isə faciədə iki körpəsini itirdiyini bildirib.
BMT agentliyinin məlumatına görə, 2025-ci ildə Mərkvzi Aralıq dənizində 1 300-dən çox miqrant itkin düşüb.
Yalnız yanvar ayında ağır hava şəraiti nəticəsində baş verən bir neçə 'görünməz' dəniz qəzası nəticəsində ən azı 375 miqrantın ölü və ya itkin olduğu bildirilib. Yüzlərlə əlavə ölümün qeydə alınmadığı hesab edilir.
Təşkilat bildiri ki, son hadisə ilə 2026-cı ildə bu marşrutda ölü və ya itkin olduğu bildirilen miqrantların sayı ən azı 484-ə çatıb.
Bildirilir ki, Liviya münaqişə və yoxsulluqdan qaçan sığınacaq axtaranlar və qeyri-qanuni miqrantlar üçün səhradan və Aralıq dənizi üzərindən keçən təhlükəli marşrutlarla Avropaya gedən tranzit ölkəyə çevrilib.