SİYASƏT
3 dəqiqə oxuma
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
Bu barədə ''Axios'' nəşrinin yaydığı məlumatda bildirilib
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi / AA

“Axios” nəşrinin məlumatına görə, ABŞ BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinə İsrailin mühasirəsi altında olan Qəzzada ən azı iki il fəaliyyət göstərəcək beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılmasını nəzərdə tutan qətnamə layihəsi təqdim edib.

Nəşrin əldə etdiyi məlumata əsasən, sənəd ABŞ-a və digər iştirakçı ölkələrə Qəzzanın idarə olunması üçün geniş səlahiyyətlər verir.

ABŞ rəsmisi “Axios”a bildirib ki, qətnamə layihəsi yaxın günlərdə Təhlükəsizlik Şurası üzvləri arasında aparılacaq danışıqların əsasını təşkil edəcək. Məqsəd qətnamə üzrə səsvermənin keçirilməsi və yanvar ayına qədər Qəzzaya ilk beynəlxalq qüvvələrin göndərilməsidir.

Mənbənin sözlərinə görə, yaradılması planlaşdırılan Beynəlxalq Təhlükəsizlik Qüvvələri (BTQ) “sülhməramlı qüvvə deyil, icraçı qüvvə” olacaq. Bir neçə ölkənin hərbi kontingentindən ibarət bu qüvvə Qəzza Sülh Şurası ilə məsləhətləşmələr əsasında formalaşdırılacaq.

Qətnamə layihəsinə əsasən, BTQ-nin əsas vəzifələri Qəzzanın İsrail və Misirlə sərhədlərində təhlükəsizliyin təmin edilməsi, mülki şəxslərin və humanitar dəhlizlərin yaradılması, eləcə də yeni Fələstin polis qüvvələrinin hazırlanması olacaq.

“Axios”un məlumatına görə, layihədə həmçinin Qəzza Sülh Şurasının ən azı 2027-ci ilin sonuna qədər fəaliyyət göstərməsi nəzərdə tutulur.

Sənəddə qeyd olunur ki, BTQ Qəzza zolağında tərksilah prosesini təmin edəcək, hərbi, terrorçu və hücum infrastrukturunun dağıdılması və yenidən qurulmasının qarşısını alacaq, eləcə də qeyri-dövlət silahlı qruplarının daimi tərksilah edilməsini həyata keçirəcək.

Sənəddə həmçinin vurğulanır ki, Beynəlxalq Təhlükəsizlik Qüvvələri Qəzza ilə bağlı sazişi dəstəkləmək məqsədilə “lazım ola biləcək əlavə vəzifələri” də yerinə yetirəcək.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailin mühasirəsi altında olan Qəzzaya qoşun göndərilməsi ilə bağlı qərar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən qəbul ediləcək qətnamənin məzmunundan asılı olacaq.

Hakan Fidan bu fikri noyabrın 3-də keçirdiyi mətbuat konfransında səsləndirib. Nazir deyib:
“Görüşdüyümüz ölkələr qeyd edirlər ki, onlar BMT TŞ-nin gözlənilən qətnaməsinə əsasən, qoşun göndərib-göndərməmək barədə qərar verəcəklər’’.

Hakan Fidan İstanbulda keçirilən Qəzza ilə bağlı toplantıya ev sahibliyi edib. Görüşdə İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər nümayəndələri iştirak ediblər.

Nazir qeyd edib ki, qüvvənin səlahiyyətlərinin müəyyənləşdirilməsi üçün əvvəlcə layihə üzərində ümumi konsensus əldə edilməli, daha sonra bu layihə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən veto qoyulmadan təsdiqlənməlidir. Onun sözlərinə görə, Türkiyə və tərəfdaş ölkələr bu prosesin hər mərhələsində aktiv şəkildə iştirak edirlər.

Türkiyə və İstanbulda keçirilən görüşdə iştirak edən altı müsəlman ölkəsi vurğulayıb ki, Qəzzanın gələcəyi fələstinlilərin özləri tərəfindən müəyyən edilməli, bölgədə yeni bir qəyyumluq sistemi yaradılmamalıdır.

ABŞ-ın müttəfiqi İsrail tərəfindən dəfələrlə pozulan üç həftəlik atəşkəsin əldə edilməsində mühüm rol oynayan Türkiyə müsəlman ölkələrinin soyqırım nəticəsində dağıdılmış Fələstin ərazilərinin yenidən qurulmasında təsirini artırmağa çalışır.

Hakan Fidan deyib:“Bizim prinsipimiz budur ki, fələstinlilər fələstinliləri idarə etməli və öz təhlükəsizliklərini təmin etməlidirlər. Beynəlxalq ictimaiyyət isə bunu ən yaxşı şəkildə – diplomatik, institusional və iqtisadi cəhətdən dəstəkləməlidir’’.

Araşdırma
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''